PUTİNİN UKRAYNADAKI BİR NÖMRƏLİ AGENTİ HƏBS OLUNDU - Zelenski açıqladı + FOTO

PUTİNİN UKRAYNADAKI BİR NÖMRƏLİ AGENTİ HƏBS OLUNDU - Zelenski açıqladı + FOTO 

Ukraynanın “Müxalifətçi Platforma - Həyat uğrunda” partiyası Siyasi Şurasının sədri, Vladimir Putinin qızının “xaç atası” və Rusiya Prezidentinin MDB məkanında ən yaxın adamlarından sayılan Viktor Medvedçuk həbs edilib.

Bu barədə məlumatı Ukrayna Prezidenti Volodimir Zelenski öz “Telegram” kanalında paylaşıb.

V.Zelenski qeyd edib ki, xüsusi əməliyyatı Ukraynanın Təhlükəsilik Xidməti(UTX) həyata keçirib.

"Xüsusi əməliyyat Ukraynanın Təhlükəsizlik Xidmətinin köməyi ilə keçirilib. Afərin! Təfərrüatlar barədə bir qədər sonra. Slava Ukraine, Qeroyam Slava!”(Yaşasın Ukrayna. Qəhramanlara eşq olsun!)  V.Zelenski yazıb.

Qeyd edək ki, Viktor Medvedçuka qarşı vətənə xəyanət ittihamı irəli sürülüb və onun barəsində məhkəmə qərarı ilə ev dustaqlığı tədbiri seçilmişdi. Lakin müharibədən sonra başlayan xaosdan istifadə edən Medvedçuk qaça bilmişdi. Ehtimal olunurdu ki, onu Rusiya kəşfiyyatı qaçırıb və Kiyevdə dövlət çevrilişi baş tutarsa, Rusiya oyuncaq hökumətin başına məhz Medvedçuku gətirəcək. 

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi