Putinin vəkili müharibəyə qarşı çıxdı: "Keçmiş hərəkətlərimə görə təəssüflənirəm"

Putinin vəkili müharibəyə qarşı çıxdı: "Keçmiş hərəkətlərimə görə təəssüflənirəm" 

Rus opera müğənnisi Anna Netrebko Rusiyanın Ukraynaya təcavüzünü pisləyib.

Netrebko "Facebook" səhifəsində ingilis dilində yazıb ki, o, müharibəni birbaşa pisləyir, heç bir Rusiya lideri və ya siyasi partiyasının müttəfiqi deyil və onun əvvəlki çıxışları yanlış şərh edilib. 

“Mən Ukraynadakı müharibəni qəti şəkildə pisləyirəm, fikrən bu müharibənin qurbanları və onların ailələri iləyəm. Mövqeyim aydındır. Mən heç bir siyasi partiyanın üzvü və heç bir Rusiya liderinin müttəfiqi deyiləm. Etiraf edirəm və təəssüflənirəm ki, keçmiş hərəkətlərim və ya ifadələrim yanlış təfsir olunub. Əslində, mən prezident Putinlə həyatım boyu cəmi bir neçə dəfə görüşmüşəm, xüsusən də sənətimə görə verilən mükafatlar zamanı və Olimpiadanın açılış mərasimində. Əks halda, mən Rusiya hökumətindən heç vaxt maliyyə dəstəyi almamışam, Avstriyada yaşayıram və onun vergi rezidentiyəm. Mən vətənimi, Rusiyanı sevirəm, sülhü, birliyi ancaq sənətimlə axtarıram. Elan edilmiş fasilədən sonra mən mayın sonunda, ilkin olaraq Avropada çıxışlarımı davam etdirəcəyəm”, - Netrebko yazıb.

Anna Netrebko Putinin seçkilərdə vəkili olub, Soçidə Olimpiadanın açılışında çıxış edib, separatçı liderlərdən biri Oleq Tsarevlə birlikdə "Novorossiya bayrağı" ilə fotolar çəkdirib.

Fevralın 28-də, Rusiya işğalının başlamasından 4 gün sonra Metropolitan Operası Netrebko ilə əlaqələri kəsib. Teatrın bəyanatında deyilir ki, Rusiya müharibəni dayandırana və Ukraynaya dəymiş ziyanı ödəməyənə qədər onlar bərpa olunmayacaqlar.

Bavariya operası da Netrebko və rusiyalı dirijor Valeri Gergievlə əməkdaşlığı dayandırıb. Bundan sonra Netrebko konsert fəaliyyətlərinə fasilə verəcəyini açıqlayıb.

Xatırladaq ki, Anna Netrebko azərbaycanlı Yusif Eyvazovla ailəlidir./Yenisabah.az







Birinci məlumatlanmaq üçün facebook səhifəmizi