Putinlə razılaşdıq, lazım gələrsə... - Lukaşenko

Putinlə razılaşdıq, lazım gələrsə... - Lukaşenko 

Rusiya Prezidenti Vladimir Putinlə Belarusun təhlükəsizliyi ilə bağlı anlaşma əldə etdik.

Bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko deyib. O, Putinin lazım gələrsə, təhlükəsizlik üçün ölkəyə kömək etməyə razı olduğunu bildirib:

"KTMT çərçivəsində Rusiya ilə sazişimiz var. Bu gün Rusiya prezidenti ilə vəziyyətlə bağlı uzun və ətraflı söhbət etdim və razılaşdıq. İlk müraciətimizdə Belarusun təhlükəsizliyini təmin etmək üçün yardım göstəriləcək”.

Qeyd edək ki, bu gün Belarus Prezidenti Aleksandr Lukaşenko ilə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı baş tutub./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi