Qaçan gəlin elə adamın evindən çıxdı ki... Qayınanası diz çöküb, yalvardı, amma...
Zərdabda 3 aylıq uşağı ilə evdən qaçan 18 yaşlı gəlin tapılıb.
Bu barədə AzNews.az-a evdən qaçan Aynaz Hacıyevanın qayınanası Səmsiyyə Hacıyeva deyib.
O, gəlininin Salyan rayonunda öz anasının qeyri-rəsmi nikahda olan ərinin evində olduğunu bildirib: “Hazırda kişinin evindədir. Aynaza yalvardım, qarşısında diz çökdüm, dedim gəl gedək, sənin ərin, uşağın var. Amma Aynaz bizim zəhmətimizi yerə vurdu, anasını seçdi. Deyir, “sənin oğlunla bir yerdə yaşamaq istəmirəm, rahat həyat istəyirəm”. Onun başını anası yedi. Aynazı anası hədələyib.
Səmsiyyə Hüseynova deyib ki, oğlu Aynazın evə qayıtmasının tərəfdarıdır: “Oğlum da arvadını istəyir. Ortada uşaq var”.
Aynaz Hacıyeva isə bu ailənin dağılmasına səbəb həyat yoldaşının atalığının və qaynının onunla qeyri-etik davranışları olduğunu deyib:
“Mən həyat yoldaşımı sevib getmişəm. 3 aylıq uşağım var. Sevgim bir ilin içində nifrətə çevrildi. Qaynımla, ərimin atalığı mənimlə pis davranırdılar, ağızlarına gələn söyüşləri işlədirdilər. Yemək azca gec bişəndə, toyuq-cücənin ağzı gec bağlananda məni təhqir edirdilər. Evdə hər gün dava-dalaş idi, gəlinlə davranışlarını bilmirlər. Mən ərimlə qurtarmışam. Qayınanam efirə çıxıb haqqımda pis-pis danışıb. Onlara nifrət edirəm. Heç ağıllarından da keçirməsinlər ki, onlara uşaq verəcəyəm. O ailəyə qız uşağını verməyəcəyəm”.
Qeyd edək ki, Zərdab rayonunda 2000-ci il təvəllüdlü Aynaz Haciyeva sentyabrın 20-də üç aylıq qızı ilə birlikdə evdən gedib.
Bu xəbər üçün şərh yazın