"Qadının ikinci dəfə ailə qurmasını qəbul etmirəm " - əməkdar artist

"Qadının ikinci dəfə ailə qurmasını qəbul etmirəm " - əməkdar artist 

“Hər kəs xəstələnə bilər. Elə xəstəliklər var ki, o, insanın həyat tərzi, düzgün olmayan mövqeləri ilə əsəblərini pozur. Bunun da adı çox pis səslənir ki, əsəb xəstəliyi. Əslində əsəbi insan deyiləm. Çox sakit adamam. Baş verən bütün prosesləri ürəyimə atıram. Daxilimdə özümlə mübarizə aparıram”.

Bu sözləri əməkdar artist Firuzə İbadova “Şou məkan” verilişində deyib.

Son günlər əsəb pozuntusundan əziyyət çəkən müğənni bildirib ki, ailəsinin həm qadını, həm də kişisidir:

“Düz danışdım, düz danışmayan biri kimi təqdim etdilər. Bu cür hadisələr insanın psixoloji durumuna təsir edir. Hər şeydən küsürsən, imtina edirsən.

Mən o qadınlardanam ki, evin atası, əri, oğlu olmadığı üçün özüm halal qazancımı evimə gətirirəm, ailəmi dolandırıram. Mən ailəm üçün pul qazandığıma görə yenidən ailə qurmağa önəm verən adam deyiləm.

Bir qadın olaraq, oğlumda olsaydı, yenə ailə qurmazdım. Övladı olan ananın ailə qurmasını birmənalı şəkildə qəbul etmirəm. Mən öz uşağıma elə bağlı, vəfalı, etibarlıyam ki, hətta ikinci övladımı dünyaya gətirmədim ki, digəriylə sevgisini bölməyim”.

F.İbadova “Oyuq Uşaq Teatr”ına musiqi rəhbəri təyin edilməsindən söz açıb:

“Səidə Haqverdiyevadan belə bir təklif aldım. Çox etimaddoğrulducu bir xəbər oldu. Çox sevindim ki, Abdulla Şaiq adına Kukla Teatrının nəznində olan “Oyuq Uşaq Teatr”ına musiqi rəhbəri kimi dəvət olundum. Orda körpələrimizə klassik və müasir bəstəkarlarımızın, həm uşaq mahnılarını, həm köhnə, keyfiyyətli musiqilərimizi öyrədəcəm”.

F.İbadova xanım gənc həmkarlarından şikayətlənib:

“Mən sənətə gələndə demirdim ki, dəbdəbəli evim olsun. Necə ki, indi də yoxdur. Dəbdəbəli evim, maşınım, bağım olsun istəməmişəm. Dəbdəbəli mahnı istəyirdim. Bir də görürsən ki, hansısa müğənni 3-4 il oxudu. Hansı kanalı açırsan, onu görürsən. Qoy olsun, pulu var, edir. 3-4 ildən sonra həmin müğənni yox olur. Bir nəfər biznesmen, bir nəfər pullu adam tapılır və həmin qızı götürüb aparır. O adamlara müğənnilik lazım deyil. Müğənnilik mənə lazımdır”.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər