"Qadınlar daha hiyləgər və ağıllıdırlar,kişilərdə bir az..."

"Qadınlar daha hiyləgər və ağıllıdırlar,kişilərdə bir az..." -Nura Suri

"Həyatı boyu kasıb insanla ailə qurmaram. Mənim hisslərim beynimi yox, beynim hisslərimi idarə edir.

 Həyatımda bir dəfə sevmişəm, bəzi səbəblərə görə, sevə-sevə ayrılmışıq. Sonra hiss edəndəki kimisə sevə bilərəm, onun qarşısını almışam".


Pravda.az olay-a istinadən yazır ki, bu sözləri "O kimdir?" layihəsində müğənni Nura Suri deyib. O bildirib ki, onun üçün sevgi önəmli deyil:


"Mənə sevgi yox, hörmət lazımdır. Yanımdakı insan qədrimi bilsin, hörmət etsin. Sevir, ya sevmir mənə maraqlı deyil. Sevgi nəyə deyirlər, bilmirəm? Sevmək nədir? Düşünmürəm ki, uşaqlarımdan başqa kimisə sevmişəm. O adamı da niyə sevdim deyirəm. Uşaqlarıma necə baxmışamsa, ona da elə baxıb sevmişəm. Etibar yoxdursa, orada münasibətdən söhbət gedə bilməz.


Elə bil indiyə kimi sən yox idin, mən necə həyat yaşayırdım, gəldin, kontrol edirsən. Get işinlə məşğul ol. Elə şey olur? Həyatı boyu evli insanla münasibətdə olmamışam. Əvvəllər sevgiyə dəyər var idi. Çəkilən filmlər, yazılan kitablar, mahnılar sevgidən idi. Sevgi dəbdə idi. Sevgi sözü seks sözü ilə əvəzlənən gündən onu gözdən, dəbdən salıblar. Ailə qurub boşanmaq o qədər adiləşib ki, insanlara çox seçim verilib. Hər şeyi urvatsız ediblər, utanmaq yoxdur. Bizim vaxtımızda böyük içəri girəndə balacalar ayağa qalxırdı. Məhəllədə gənc siqaret çəkəndə yanından yaşlı biri keçirdisə, söndürürdü. İndi elə şey görmürəm.


Qadınlar daha hiyləgər və ağıllıdırlar. Kişilərdə bir az fərqlidir. Onları idarə edən başqa orqandır. Ona görə də, boş vermək lazımdır. Arada gedib də... Bu, mənim üçün xəyanət deyil. Məni qoyub gedib, başqası ilə yaşayırsa... Onu da anlayıram. Sevginin, gəncliyin, həyatın da bir müddəti var. Əvvəl sevib, indi sevmirsə, onu öldürüm? Sevmir də, başqasını istəyir. Bu da xəyanət deyil. Üzünə gülə-gülə səni aldadırsa, xəyanətdir. Yazıq utana-utana evə qayıdıb, and içir ki, nəsə olmayıb, Mən də özümü qoyuram səfeh yerinə ki,gəl,çay iç. Mənim ərim nəsə səhv edirdi, onu bilirdimsə, əldən-ayaqdan gedirdi. Hər şey alırdı ki,təki, ört-basdır etsin.Qadın sevəndə başqasına baxa bilmir, kişilərdə fərqlidir. 

Bizdə türklərdəki kimi deyil. Həyatı boyu elə açıq-saçıq olmayacağıq. Bizdə ictimaiyyətin fikrindən qorxu hissi var. Müğənnilərin çoxu evli kişilərlə münasibətdədirlər. Ona görə də ad çəkmək variant deyil. Bizdə üstündə qız adı varsa, oğlana sevgilim deyə bilmir. Nə o yanlığıq, nə bu yanlıq. Nə türklər kimi açıq deyilik, nə də İslam ölkələri kimi qapalı.

 Madonnanın çıxışı var, deyir ki, qadınsansa, ağllı yox, seksual olmalısan. Bu, kişilərin dünyasıdır. İstər-istəməz onlar bizi idarə edir. Bir şirkətə gedirsən, başının üstə kişi dayanır. Nə desələr, gülməlisən, onda nəyəsə nail ola bilərsən. Ağıllı qadını niyə sevsin kİ? Sən onun səhvini üzünə vuracaqsan, onsuz da ansı ona uşaq vaxtı deyib ki, bunu etmə, onu et. ".

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi