“Qanuni oğru“ Azərbaycan diasporunun nümayəndəsinə 6 kq qızıl “atıb“

“Qanuni oğru“ Azərbaycan diasporunun nümayəndəsinə 6 kq qızıl “atıb“ 

Rusiyanın Yekaterinburq şəhərində Azərbaycan diasporunun nümayəndəsinə qarşı 50 milyon rubl (təxminən 1 milyon 200 min manat ) dəyərində dələduzluq baş verib.

Lent.az xəbər verir ki,azərbaycanlı “Qiya Sverdlovski” ləqəbli qanuni oğru Georgi Akoyevlə əlaqəyə girərək, onda olan 6 kq qızılı satmaq niyyətində olduğunu bildirib.

 Məlumata görə, “Sverdlovski”nin adamları ilə görüşən həmyerlimiz qızılı onlara təhvil versə də, əvəzində  ümumiyyətlə pulsuz qalıb.

 Yerli KİV-in yazdığına görə, azərbaycanlı indi polisə də şikayət edə bilmir. Əvəzində başqa “qanuni oğru”larla əlaqəyə girərək onlardan kömək istəyir.

 


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi