Qarabağda erməni terrorçuları ilə ruslar arasında atışma – Son dəqiqə
Ağdamda Rusiya sülhməramlıları ilə erməni terrorçuları arasında atışma baş verdiyi haqda məlumat yayılıb.
Axar.az xəbər verir ki, bu haqda Rusiya Teleqram kanalları yazıb. İddia edilir ki, erməni hərbi birləşmələri təslim olmaqdan və ərazini təhvil verməkdən imtina edirlər.
Bir neçə hərbi birləşmə komandiri baş terrorçu Araik Arutyunyanın iştirakı ilə Rusiya sülhməramlılarının komandanı Rüstəm Muradovla danışıqlar aparır.
Erməni komandirlər şərt irəli sürürlər ki, Paşinyanın imzaladığı kapitulyasiyanı tanımırlar. Onlar Qarabağın “müstəqilliyinin” tanınmasını tələb edirlər. Əks təqdirdə, istənilən ordu ilə döyüşəcəklərini deyirlər.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın