“Qarabağda sülhməramlı məsələsi öz həllini tapmalıdır” - Ərdoğanın sözçüsü
Ümid edirik ki, Ermənistanın təxribatları yeni müharibəyə çevrilməyəcək.
Yenisabah.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın NTV telekanalına müsahibəsində deyib.
Kalın hər iki tərəfin məsələlərin yenidən danışıqlar yolu ilə həll edilməsi üçün iradəsi olduğunu bildirib.
Ərdoğanın sözçüsü vurğulayıb ki, əsas problem 44 günlük müharibədən sonra atəşkəs sazişinin imzalanmasına baxmayaraq hələ də sülh sazişinin olmamasıdır:
"İndi bu istiqamətdə müzakirələr davam edir. Bu, təbii ki, hərtərəfli sazişdir. İki dövlətin münasibətləri normallaşma üçün addımları, sərhədləri, sərhədlərin təhlükəsizliyi, dəhlizi, Azərbaycan ərazisində qalan ermənilərin vəziyyətini müəyyən edəcək bir sənəd olacaq. Bu sazişin imzalanması Qafqazda sülh və sabitliyin bərqərar olmasında kritik rol oynayacaq”.
İbrahim Kalın sülhməramlılarla bağlı məsələyə də toxunub:
"Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlıları məsələsi də öz həllini tapmalıdır və imzalanacaq saziş bu məsələni də əhatə edir".
Bu xəbər üçün şərh yazın