Qarabağdkı erməni separatçıları TƏŞVİŞDƏ

Qarabağdkı erməni separatçıları TƏŞVİŞDƏ 

“İndi Rusiya sülhməramlı missiyasının vasitəçiliyi ilə Azərbaycan tərəfi ilə Xankəndi-Gorus yolunun açılması ilə bağlı danışıqlar aparılır".

Bu barədə Araik Arutyunyanın “mətbuat katibi” Lusine Avanesyan Ermənistan News-NEWS.am-ə müsahibəsində bildirib.

Azərbaycanlıların hansı səbəb və tələb irəli sürdüyünü soruşduqda, Avanesyan hələlik heç nə şərh edə bilməyəcəyini bildirib. 

"Vəziyyət həll edildikdə səbəblər haqqında danışa bilərik", - deyə, bildirib.

Separatçı A.Beqlaryan deyib ki, yol iki saatdan çoxdur bağlıdır. 

Digər separatçı D.Babayan isə Azərbaycanı şanraj etməyə cəhd göstərərək iddia edib ki, bu addım sülhməramlılara qarşıdır.

Qarabağ erməniləri arasında ciddi panika var. Azərbaycana məxsus şirkətin və nazirlik əməkdaşlarının sülhməramlıların müşayiəti ilə Xankəndiyə yol alması panikanı daha da artırıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi