Qaranlığa qərq olmuş küçə işıqlandırıldı

Qaranlığa qərq olmuş küçə işıqlandırıldı -Mübariz Mənsimovun maliyyəsi hesabına

Ötən gecə Masallının Miyankü kəndinin yolu işıqla təmin olunub.

Bu barədə məlumatı Palmali Şirkətlər Qrupunun mətbuat katibi Fidan Quliyeva yayıb.

O bildirib ki, bu yolun işıqlandırılması ücün tələb olunan vəsaitin ayrılması barədə göstərişi Palmali Şirkətlər Qrupunun rəhbəri, azərbaycanlı milyarder, hazırda Türkiyədə cəzaçəkmə evində olan Mübariz Mənsimov azadlıqda olarkən vermişdi.

Miyankülülərin müraciətindən sonra maliyyə ayrılmış və işlərə başlanılmışdı.

Qeyd edək ki, M.Mənsimov Masallının Miyankü kəndindəndir.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi