Qaranlıq gələcəyimiz: Neft Azərbaycan xalqının faciəsinə çevrilib

Qaranlıq gələcəyimiz: Neft Azərbaycan xalqının faciəsinə çevrilib 

Maliyyə bazarlarının analitik tədqiqatı ilə məşğul olan “McGraw-Hill” korporasiyasının törəmə şirkəti olan “Standard & Poor’s” Azərbaycanın real iqtisadi artım perspektivini qiymətləndirib. Ortaya qənaətbəxş nəticə çıxmayıb.

Şirkət düşünür ki, bu il Azərbaycanda real iqtisadi artım 0 faiz olacaq. Yəni iqtisadiyyat yerində addımlayacaq.
Bizimyol.info xəbər verir ki, vəziyyətin belə şəkil almasının əsas səbəbi ölkə iqtisadiyyatının birrəngli olmasıdır. Yəni hər şey neft-qaz gəlirlərindən asılıdır. Büdcənin təxminən 55 faizini məhz bu gəlir istiqaməti müəyyənləşdirir. Məhsulun ixrac qiyməti real iqtisadi artım məsələsində vacib rol oynayır. Neft və qaz qiymətlərinin yüksək olması bizi xilas edir.Məsələn,keçən il hasilat 3 faiz azalıb. Amma neftin ixrac qiymətinin 30 dollar yüksəlməsi durumun xeyrinə işləyib. Azərbaycan neftin barelini orta hesabla 103, qazın 1000 kubmetrini isə 1300 dollara satıb. Qazın dəyəri, ümumiyyətlə, ürəkaçan mənzərə yaradıb. Çünki 2021-ci ilə nisbətən 4 dəfə baha satmaq mümkün olub.

Enerji qiymətlərinin belə yüksəlməsi büdcənin də eyibini örtür. Neft-qaz şirkətlərinin büdcəyə vergi ödəmələri 3,4 dəfə artaraq 2,2 milyard manatdan 7,4 milyard manata çatıb. Hasilatdakı azalma necə lazımdır kompensasiya olunur. Üstəlik, sürətli qiymət artımları büdcə ödəmələrinin payını artır. Elə təəssürat yaranır ki, hər şey qaydasındadır. Halbuki gələcək qaranlıq görünür.

“Standard & Poor’s”un təxminləri doğrudur. Bu il neft-qaz qiymətləri yüksək deyil. Xüsusilə qazın qiyməti xeyli aşağı düşüb. Həm istehsalın, həm də qiymətin azalması real iqtisadi artım məsələsində ciddi rol oynayacaq. Şirkətlərin vergi ödəmələri də çox azalacaq.

Ümumiyyətlə, iqtisadiyyatın enerji məhsullarından asılı olması illərdir yürüdülən yanlış iqtisadi siyasətdir. Belə davam edə bilməz. Bundan sonra istehsalın yalnız azalması gözlənilir. Zamanla qiymətlərin çox yüksəlməsini də gözləməyə dəyməz. Hadisələr yaxşılığa doğru inkişaf etmir. Hökumət bunu əvvəl-axır anlamalıdır.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi