Qardabanidə koronavirusa yoluxanların sayı 41-ə çatıb –Kənddə sərt karantin rejimi tətbiq edilib

Qardabanidə koronavirusa yoluxanların sayı 41-ə çatıb –Kənddə sərt karantin rejimi tətbiq edilib 

Gürcüstanda azərbaycanlıların sıx yaşadıqları Qardabani rayonunda son sutkada koronavirusa 5 yeni yoluxma halı təsdiqlənib.

Bu barədə rayon meri Ramaz Budaqaşvili bildirib.

Onun sözlərinə görə, halların 3-ü Qaracalar, 2-si isə Birlik kəndində qeydə alınıb.

Bununla da, Qardabanidə COVID-19-a yoluxanların ümumi sayı 41-ə çatıb.

Qeyd edək ki, Qaracalar tam təcrid olunub, hüquq mühafizə orqanları kəndə giriş-çıxışa nəzarət həyata keçirir./Report.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi