Qardaş ölkədə gediş haqları bahalaşdı

Qardaş ölkədə gediş haqları bahalaşdı 

Türkiyədə yeni ildən minimum əmək haqqının 5,5 min lirədən 8,5 lirəyə qaldırılması barədə qərardan sonra bütün sahələrdə sürətli bahalaşma davam edir.

Axar.az xəbər verir ki, artıq Türkiyənin bəzi şəhərlərində ictimai nəqliyyatda gediş haqqı da bahalaşıb.

İri şəhərlərdə bu vaxta qədər gün ərzində nəqliyyatda ilk gediş 6,5 lirə (təxminən 60 qəpik), 2 saat ərzində ictimai nəqliyyatdan təkrar istifadə edilərsə, 1,2 lirə (təxminən 10 qəpik), yenə 2 saat ərzində istifadə edilərsə, 0,9 lirə, 30 dəqiqə ərzində yenidən istifadə isə pulsuz idi. Pik saatlarda isə gediş haqqı yarıbayarı azaldılırdı.

İndi isə ilk gediş haqqı 8,78 lirəyə, ikinci gediş haqqı isə 3,5 lirəyə qaldırılıb.

Tələbələr üçün ilk gediş haqqı da 2 lirədən 3 lirəyə qalxıb.

Qeyd edək ki, Türkiyədə tələbələr üçün endirimli gediş haqları var, 60 yaşdan yuxarı şəxslər üçün nəqliyyat tam pulsuzdur.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi