“Qaz dollarları” gələnədək ölkədə maliyyə sabitliyini saxlamaq mümkün olacaqmı? - Təhlil

“Qaz dollarları” gələnədək ölkədə maliyyə sabitliyini saxlamaq mümkün olacaqmı? - Təhlil 

1994-cü ildə “Əsrin kontraktı” deyilən müqavilə imzalananda və “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının işlənməsi çərçivəsində beynəlxalq konsorsium formalaşdırılarkən ekspertlərin əksəriyyəti hesab edirdi ki, Azərbaycan lap uzun müddət ərzində pul barədə narahat olmayacaq. Lakin Azərbaycan hökuməti cəmi 23 ildən sonra yenidən kəskin maliyyə problemləri ilə üzləşib.

1994-cü ildə “Əsrin kontraktı” deyilən müqavilə imzalananda və “Azəri-Çıraq-Günəşli” nəhəng neft yatağının işlənməsi çərçivəsində beynəlxalq konsorsium formalaşdırılarkən ekspertlərin əksəriyyəti hesab edirdi ki, Azərbaycan lap uzun müddət ərzində pul barədə narahat olmayacaq. Lakin Azərbaycan hökuməti cəmi 23 ildən sonra yenidən kəskin maliyyə problemləri ilə üzləşib.

Azərbaycan əvvəlki tək 7 milyard barrel sübut olunmuş neft ehtiyatına malikdir və hər gün 841 min barrel hasil edir. Amma bu, 2010-cu ildə hasilatın gündə 1,1 milyon barrel təşkil etdiyi pik göstəricidən xeyli aşağıdır. Ehtiyatların tükənməsi və dünya neft qüiymətlərinin düşməsi ilə birlikdə hasilat həcminin  azalması Azərbaycanı alternativ gəlir qaynaqları axtarmağa məcbur edib. Bakının əsas ümidi nəhəng təbii qaz yataqlarında hasilatın artırılmasından ibarətdir.

Ən sadə hesablamalara görə, Azərbaycan 1,3 trilyon kubmetr qaz və kondensat ehtiyatına malikdir və bunun böyük qismi dünyada ən böyük yataqlardan biri sayılan “Şahdəniz”in payına düşür. Bu yataqda hasilat 2006-cı ildən başlanıb və gözlənildiyi kimi, 2018-ci ildə ikinci mərhələnin buraxılşı ilə xeyli yüksələcək. Azərbaycan planlaşdırılan “Cənub qaz dəhlizi”ni formalaşdıracaq Transanadolu (TANAP) və Transadriatik (TAP) qaz kəmərləri ilə qazı Türkiyə, Yunanıstan və Albaniya ərazisindən İtaliyaya və Avropanın qalan hissəsinə tədarük etməyi nəzərdə tutur.

Planlaşdırılır ki, qaz tədarükü 2018-ci ildə Gürcüstan və Türkiyəyə ilk 4 milyard kubmetr, 2020-ci ildə isə 10 milyard kubmetri Avropaya gedəsi 16 milyard kubmetrə qədər artacaq. Lakin hətta “Şahdəniz”də hasilat artımı hesabına ixracatın çoxalması da bəs etmir ki, ölkənin maliyyə sabitliyi tam təmin olunsun. Azərbaycanın qaz fövqəldövləti olmağa ümidi şelfdə kəşfiyyat və qaz hasilatına bağldır.

Azərbaycanın energetik fövqəldövlətə çevrilmək arzusunun həyata keçirilməsində 2011-ci ildə kəşf edilmiş “Abşeron” yatağı daha mühümdür.350 milyard kubmetr qaz və 45 milyon ton kondensat təşkil edən bu nəhəngin ehtiyatlarının istismarının başlanması ilə “Cənub qaz dəhlizi”nin Avropaya uzanan şaxələrini doldurmaq mümkündür. Bu, nəhəng “Şahdəniz” yatağından tədarükün önəmli şəkildə artırılması ilə birlikdə Avropa Birliyinə tədarükü daha çox artırmaq, AB-nin energetika təhlükəsizliyi xüsusunda narahatlığını sakitləşdirmək imkanı verəcək. Bütünlükdə ARDNŞ-nin sənədlərinə əsasən, bu, qaz ixracatını ildə 40 milyard kubmetrə çatdırmağa şərait yaradacaq.

Bundan başqa, 2010-cu ildə elan edilmiş kəşflərdən biri Xəzər dənizinin cənub hissəsindəki ehtiyatarı 200 milyard kubmetr qaz və 40 milyon ton kondensat qədər qiymətləndirilən “Ümid” qaz yatağıdır. Ölkənin ARDNŞ dövlət energetika şirkəti 2012-ci ildə bu yataqda hasilata başlayıb və bu yaxınlarda üçüncü quyunun qazıntısını yekunlaşdırıb. Hasilatın hələ başlamadığı qonşu “Babək” yatağı da olduqca perspektivli sayılır. Buradakı potensial ehtiyat 400 milyard kubmetr qaz və 80 milyon ton kondensat qədər dəyərləndirilir.

Sahilboyu yerləşmiş, Azərbaycanın BP şirkəti ilə pay bölgüsü haqda hasilat müqaviləsi çərçivəsində çıxartmağı planlaşdırdığı “Şəfəq-Asiman” yatağı daha 300 milyrd kubmetr qaz verə bilər (Seysmik kəşfiyyatn məlumatına görə, bu yataqda neft də ola bilər).

Naxçıvan” şelf yatağı da xarici şirkətlə – Almaniyanın RWE qurumuyla – şərik işlənir.

Amma problem bundan ibarətdir ki, əlbəttə, Azərbaycanın qaz ixracından gəlirləri xeyli çoxalacaq, ancaq bu, yalnz bir neçə ildən sonra baş verəcək. Bakını isə hələlik qarşıda bir sıra çətinlikləri həll etmək gözləyir.

Abşeron” yatağında hasilat 2021-ci ilin sonu və yaxud 2022-ci ilin əvvəlində başlanacaq. “Şahdəniz-2” yatağından Avropaya ilk qaz tədarükü isə 2020-ci ildə, ya da hətta gec çatacaq.

Bu arada isə Azərbaycanın özü hazırda qaz çatışmazlığı ilə üzləşib. Daxili ehtiyacın ödənilməsi üçün ölkəyə 12 milyard kubmetr “mavi yanacaq” lazımdır. Respublika 2016-cı ildə öz ehtiyacının, təxminən,  onda birini xaricdən idxal etməyə məcbur olub. Cari ilin ilk beş ayı ərzində ARDNŞ-in qaz hasilatı faktiki olaraq 2015-ci ilin həmin dövrü ilə müqayisədə 5,4% azalıb. Bu, Rusiyadan ildə haradasa 3-5 milyard kubmetr həcmində mümkün tədarük barədə “Qazprom”la danışıqlara başlamağa vadar edib. Məlumat verilir ki, Bakı Moskvadan güzəşt xahişi edib.

Bütün bunlar neftin aşağı qiyməti ilə çulğaşaraq kəskin maliyyə problemləri yaradır. Azərbaycan artıq beynəlxalq maliyyə qurumlarından, təxminən, 5 milyard dollar borc almalı olub ki, “Cənub dəhlizi”ndəki payını maliyyələşdirsin. Bakı həmçinin 1 milyard dollar məbləğində Avropa istiqrazları yerləşdirməyə məcbur olub ( və yenə yerləşdirməyə hazırlaşır). Bundan savayı, respublika Ümumdünya Bankından $400 milyon kredit almağa məcbur olub.

Bakı “Transadriatik qaz kəməri”nin xərcinin 20%-i – Azərbaycanın layihədəki payını bağlamaq üçün Avropa Yenidənqurma və İnkişaf Bankı ilə $500 milyon məbləğə yaxın birbaşa maliyyələşmə təqdim edilməsi və daha $1,1 milyard cəlb etmək üçün kommersiya bankları ilə  danışıqlar aparır.

Azərbaycanın böyük məsrəfləri boru kəməri inşası üçün gərəkən poladın qiymətinin dünyada bir qədər azalması ilə müvazinətləşir. Bakı bu qayda ilə təkcə TANAP-da $2 milyarda qənaət edib. Amma Azərbaycan maliyyə problemləri üzündən energetika sahəsində bütün layihələrlə dərhal məşğul ola bilməz və buna görə də prioritetləri yerbəyer etməyə məcburdur. Bu səbəbdən vəsaitin böyük qismi “Şahdəniz” yatağının ikinci mərhələsi və “Cənub qaz dəhlizi”nin inşasına ayrılacaq, eyni zamanda “Ümid” və “Babək” qaz yataqlarının işlənməsi daxil olmaqla xarici tərəfdaşlarsız icra olunan digər layihələr ləngidilə bilər. Lakin ehtimal ki, Bakı “Abşeron” yatağı ilə də ciddi məşğul olacaq, çünki Fransanın "Total" energetika nəhəngi onun işlənməsində iştirak edir.

Bu problemlər kələfi Azərbaycanın daxili siyasətinə tezliklə ciddi təsir göstərər bilər. SOFAZ Milli Rifah dövlət fondu sürətlə tükənir. 2016-cı iləd onun ehtiyatları cüzi $64 milyona qədər azalıb, lakin hələ 2015-ci ildə “daxıl”da $323 milyon, 2014-cü ildə isə $523 milyon var idi.

Çox güman ki, bu tendensiya saxlanacaq, çünki Azərbaycan qaz ixracatı üzrə liderlik mövqeyinə çıxmaq üzrə iddialarından imtina etməyə hazırlaşmır.Bakının maliyyə problemləri bununla bağlı sadə vətəndaşlar tərəfindən də kəskin şəkildə hiss olunacaq. Amma Bakı ümid edir ki, xalq “dibə çatana qədər” Avropadan qaz dolları çayı axacaq.

Marika Karaiyanni

Eurasianet.org, 08.05.2017


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi