Qaz hasil edən region ölkələrində təbii qazın QİYMƏTLƏRİ – Ən baha Azərbaycandadır…
Keçmiş SSRİ ölkələri arasında 1 trilyon kub metrdən çox təbii qaz ehtiyatlarına sahib olan 5 ölkə var.
Yeniavaz.com Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEK) tərəfindən açıqlanan sonuncu hesabata istinadən bildirir ki, ən böyük qaz ehtiyatına Rusiya sahibdir. Rusiyanın təxmin edilən ümumi qaz ehtiyatları 50,5 trilyon kub metr təşkil edir.
İkinci sırda 9,8 trilyon kub metr qaz ehtiyatı ilə Türkmənistan yer alır. Sonrakı yerlərdə Qazaxıstan (1,9 trilyon kub metr), Özbəkistan (1,5 trilyon kub metr) və Azərbaycan (1,3 trilyon kub metr) qərarlaşıb. Digər keşmiş SSRİ ölkələrində təbii qaz ehtiyatı ya mövcud deyil, ya da aşağı səviyyədədir.
1 trilyon kub metrdən çox təbii qaz ehtiyatlarına sahib olan keçmiş SSRİ ölkələrdə əhaliyə satılan 1 kub metr təbii qazın tarifləri aşağıdakı kimidir:
Ölkələr | 1 kub metr təbii qazın qiyməti (milli valyutalarda) | 1 kub metr təbii qazın qiyməti (Azərbaycan manatı ilə) |
Türkmənistan | 0,02 Türkmənistan manatı | 1 qəpik |
Özbəkistan | 246 som | 4 qəpik |
Qazaxıstan | 14,6 tengə | 10 qəpik |
Rusiya | 5,7 rubl | 13 qəpik |
Qeyd edək ki, dünən (30.06.2021) Tarif Şurası əhaliyə satılan təbii qazın tariflərin artırılması barədə qərar verib. Qərara görə 1 iyul 2021-ci il tarixindən etibarən təbii qazın illik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün tarif 1 kub metr üçün 10 qəpik, 1200 - 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 1 kub metr üçün 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib.
Bu xəbər üçün şərh yazın