Qazax,Ağstafa və Tovuz rayonlarında hələ də biçin yekunlaşmayıb- SƏBƏB
Aran rayonlarında arpa və buğda biçininin başa çatdığı bildirilsə də,bir sıra rayonlarda bu prosesin yekunlaşmadığı vurğulanır.
Faktinfo.az saytını məlumatlandıran fermer bildirir ki, taxılbiçən kombayn çatışmazlığı səbəbindən Azərbaycanın qərb bölgəsində:-Qazax,Ağstafa və Tovuz rayonlarında buğda biçini hələ yekunlaşmayıb.Hətta elə şəxslər var ki,arpa sahəsini biçdirə bilməyib.Buna müəyyən faiz səbəb isə taxılbiçən kombaynların imkanlı şəxslərin əkdikləri hektarlarla buğda sahələrinə təhkim edilməsidir.
Onu da qeyd edək ki,yeni təyin olunmuş Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov cənabına həll etməli olduğu böyük problemlər qalıb.Bunlardan biri də,son 5-6 ildə rayonlarda taxılbiçən kombaynlarla bağlı həll edilməmiş balanslaşmadır.
Faktinfo.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın