Qazaxıstan hadisələri Orta Asiya xalqları arasında antirus meyillərini gücləndirəcək

Qazaxıstan hadisələri Orta Asiya xalqları arasında antirus meyillərini gücləndirəcək 

Sosial şəbəkələrdə Qazaxıstanda baş verən məlum olaylardan sonra KTMT-nın başında rus ordusunun bölgəyə girməsini Turan Birliyinin çöküşü kimi qələmə verib, iştahı qabarmış çoxlu "politoloqlar" meydana gəlib.

Rus sevgisini gizlədə bilməyən, Rusiyanın uşaqlığını edən həmin "siyasi ekspertlər" anlamalıdır ki, Rusiyanın güc nümayişi hər zaman əks effekt verir və bu, Rusiyanın daha da təklənməsinə, güc itirməsinə səbəb olur.

Məncə, bu hadisələrdən sonra Qazaxıstanın daxilində, eləcə də Orta Asiya xalqları arasında antirus meyillərini daha da gücləndirəcək.

Fikir versək görərik ki, hansısa beynəlxalq gizli qüvvələr Rusiyanı çox sürətlə postsovet ölkələrinin üstünə utələyir, onlar arasında Rusiyaya qarşı bir qorxu ilə yanaşı antipatiya da formalaşdırır.

Rusiyanı region dövlətləri özlərinə təhdid görür. Rusiya bu siyasətini davam etdirməklə təklənməyə gedəcək və əgər NATO ölkələri ilə nə vaxtsa üz-üzə gələsi olarsa, bu Rusiya üçün çox müxtəlif cəbhələrdə aparılacaq savaş olardı.

Rusiya artıq bölgədəki postsovet dövlətlərin müstəqilliyini gerçək mənasıyla tanımalı, insan hüquqları qavramını öz dövlət siyasətində güncəlləməlidir. Bu vaxt bölgədə sülh və əminamanlıq tam mənasıyla əldə oluna bilər.

Turan Birliyi isə regiondakı eynisoylu Türk millətinin mənəvi birliyidir. Bu Birliyin varlığından rahatsız olanlar isə iğtişaşa, terrora, şiddətə yön verənlər və onlardan mənfəət kimi istifadə edənlərdi.

Qazaxıstan Türk Birliyinin qurulmasında əsas ilhamverici ölkələrin başında gəlir və hər zaman da elə qalacaq!

İlqar İlkin

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi