Qazaxıstan ssenarisi Türk Birliyinə zərbədir?
Faktinfo.az xəbər verir ki,Tokayevin Qazaxıstanı “terror təhlükəsi”ndən qorumaq üçün KTMT-dən yardım istəməsinin nələrə gətirib çıxaracağına dair Axar.az saytında Asif Nərimanlı siyasi reallıqları, geopolitik məkanda Belarus ssenarisi ilə uzlaşdırıb reallığa daha yaxın olan paralel aparıb .
Müəllifin təbirincə hadisələrin inkişafı ilə bağlı müəyyən təxminlər etmək mümkündür və bunlar aşağıdakı 5 başlıca səbəblərdən ibarətdir.
1. Hakimiyyət KTMT-nin köməyi ilə sərt müdaxiləyə əl atacaq;
2. Qazaxıstanla Rusiya arasında dərin inteqrasiya (Belarus ssenarisi) gündəmə gələcək;
3. Rusiya KTMT-nin Mərkəzi Asiyada “təhlükəsizlik çətiri” rolunu gücləndirəcək;
4.Bölgə ölkələri Türk Dövlətləri Təşkilatı daxilində inteqrasiyaya ehtiyatla yanaşacaq;
5. Moskva “Bir kəmər, bir yol” layihəsinin Azərbaycan üzərindən keçən Orta Dəhlizin aktuallığını azaldır və bu marşruta nəzarəti gücləndirir (ABŞ-ın Əfqanıstandan çıxmasından sonra bu prosesdə Vaşinqton və Moskvanın gizli anlaşması da istisna deyil).
Bütün hallarda qazanan Rusiyadır.
Onu da qeyd edək ki,bir müddət əvvəl Qazaxıstanla bağlı Rusiyanın hansısa bir şəkildə bu ölkəyə müdaxilə edəcəyinə dair siyasi fikirlər səsləndirilirdi.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın