Qazaxıstanda kütləvi iğtişaşlar:ölənlərin sayı 10-a çatıb
Qazaxıstanın Cambul vilayətinin Korday rayonunda iğtişaşlarda ölənlərin sayı 10 nəfərə çatıb.
Bu barədə “Xabar 24” telekanalı məlumat yayıb.
Bundan əvvəl fevralın 8-nə keçən gecə baş vermiş iğtişaşlarda 8 nəfərin öldüyü açıqlanmışdı. Səhiyyə nazirinin müavini Kamaljan Nadırov dünən verdiyi açıqlamada xəstəxanalarda 37 nəfərin olduğunu bildirmişdi.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev vəsiyyətin polisin və milli Qvardiyanın nəzarəti altında olduğunu açıqlayıb.
Qeyd edək ki, fevralın 8-nə keçən gecə Qazaxıstanın cənubunda kütləvi iğtişaşlar baş verib. İğtişaşlar nəticəsində 30-dan çox yaşayış evi yandırılıb, 50 nəfər saxlanılıb.
İnformasiya və İctimai İnkişaf naziri Dauren Abayevin sözlərinə görə, iğtişaşlara məişət səviyyəsində insident səbəb olub, lakin provokatorlar vəziyyəti milli münasibətlər müstəvisinə keçirmək istəyiblər.
Baş verənlərin araşdırılıb hüquqi qiymət verilməsi üçün Qazaxıstan Prezidentinin tapşırığı əsasında Baş nazirin müavini Berdibek Saparbayevin rəhbərliyi ilə hökumət komissiyası yaradılıb.
Cambul vilayətinin Administrasiya rəhbəri (Akim) Askar Mırzaxmetov Korday rayonunda fövqəladə vəziyyət rejimi elan edib.
Bu xəbər üçün şərh yazın