Qazın qiyməti sürətlə artır: Bakı üçün faydaları...

Qazın qiyməti sürətlə artır: Bakı üçün faydaları... 

Azərbaycanla Avropa arasında uzunmüddətli qaz sazişləri var. Avropa bazarında yaşanan qiymət artımı Azərbaycan qazına da təsir edə bilər. Xüsusən də qarşıdan payız-qış aylarının gəldiyini nəzərə alsaq, bu ehtimal daha da yüksəlir.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib.

Ekspert bildirib ki, Avropa bazarında təbii qazın qiymətinin formalaşmasına təsir edən bir sıra spesifik xüsusiyyətlər var:

“Əvvəla onu qeyd edim ki, Avropada hazırda qiyməti 1000 kubmetrə görə 625 dolları keçən qaz spot bazarındadır. Spot bazarı isə əsasən sıxılmış qazın satışını həyata keçirir.

Təbii qazın qiymətinin tənzimlənməsi isə bir qədər fərqlidir. Bu, daha çox qaz müqavilələri və ya fyuçerslərlə tənzimlənir. Yəni qaz bazarında uzunmüddətli müqavilələr və fyuçerslərlə tənzimlənən qazın qiyməti ilə spot bazardakı qazın qiymətində fərq olur. İndiki spot bazarında yaşanan qiymət artımının əsas səbəbi isə mövsümlə əlaqəlidir. Yəni havaların isti keçməsi səbəbindən elektrik enerjisinə tələbatın çox olması qaz bazarında qiymətlərin artmasına gətirib çıxarıb.

O ki qaldı Avropa bazarında qaz qiymətlərinin artmasının təsirlərinə, bu, əlbəttə, ölkəmiz üçün müsbət bir hadisədir. Ölkəmiz Avropaya illik 10 milyard kubmetr qaz ixrac edir”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi