Qəbul imtahanlarında zəif nəticə göstərən abituriyentlərin ballarını artırmaq mümkündür ki ? -Maraqlı təklif
İnstagramda ''hacking_marks'' adlı xaker səhifəsi qəbul və buraxılış imtahanlarında az bal yığanlara "maraqlı" təkliflər edir.
Səhifədəki paylaşımda bildirilir ki, xüsusi xaker proqramı ilə az bal yığan abituriyentlərin balları sistemdə artırılır.
Üstəlik bildirilir ki, təkcə qəbul və buraxılış imtahanları deyil, MİQ, YÖS və dövlət qulluğuna qəbul imtahanlarında zəif nəticə göstərənlərin də pul qarşılğında balları artırılır.
Maraq üçün biz də həmin instagram səhifəsinə yazdıq. Bildirdilər ki, xidmət haqqı 100 manat təşkil edir. Üstəlik bizə başqa bir şəxsin ödədiyi qəbzi də atdılar. Qəbzdən aydın oldu ki, pul Səmədov Vüsal Namiq oğlu adlı şəxsin adına köçürülüb. Vüsalın həmin şəxs olduğunu soruşanda isə bildirildi ki, o, qrupun bir üzvüdür. Onlar həmçinin ofislərinin olmadığını, bu səbəbdən də üzbəüz görüşün mümkünsüzlüyünü bildirdilər.
Təhsil eksperti Kamran Əsədov məsələyə münasibət bildirib . O,bu həssas dönəmdə xüsusilə az bal toplayan abituriyentlərin valideynlərinə diqqətli olmağı, övladlarını nəzarətdə saxlamağı,belə elanlara aldanmamağı tövsiyə edib.
Bu xəbər üçün şərh yazın