Qərbi Kaspi Universiteti və ona yaxın təşkilatlar “YAŞAT” Fonduna 110 min manat vəsait köçürüb

Qərbi Kaspi Universiteti və ona yaxın təşkilatlar “YAŞAT” Fonduna 110 min manat vəsait köçürüb 

Qərbi Kaspi Universiteti və universitetin təsisçisi olduğu, 1990-cı illərdən fəaliyyət göstərən ES (”Educational sistems”) MMC, “Old city İnn” MMC (Universitetin Turizm və Otelçilik Məktəbi) və Qərb Universiteti Tam Orta Məktəbi “YAŞAT” Fonduna 110 min manat vəsait köçürüb.

Faktinfo.az-a Universitetdən bildirilib ki, bununla bağlı qərar Universitetin Qəyyumlar Şurasının dekabrın 22-də də keçirilən toplantısında qəbul olunub. Universitetin Qəyyumlar Şurasının sədri, professor Hüseyn Bağırov qeyd edib ki, dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun apardığı Vətən Müharibəsi şanlı qələbəmizlə sona çatıb.

 Ölkəmizin ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralananların və şəhid ailələrinin təminatına dövlətimiz tərəfindən lazımınca dəstək göstərilir. Ancaq hər birimiz vətəndaşlıq borcumuzdan irəli gələrək Vətən uğrunda canını fəda etmiş həmvətənlərimizə və onların ailələrinə dəstəyimizi əsirgəməməliyik. 

Cənab Prezidentin fərmanı ilə ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu yaradıldı. Hesab edirik ki, bu Fond həmrəyliyimizi, dəstəyimizi ifadə etmək üçün imkan yaratdı. 

Qərbi Kaspi Universiteti olaraq şəhidlərimizə Allahdan rəhmət diləyir, yaralı əsgərlərimizə ən qısa zamanda sağalmalarını arzulayırıq.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər