"Qəzet oxuyan yoxdur,dünyada ən az kitab oxuyan millətik"- Deputat
"Nəşriyyatlar can verir.
" Qəzetlər can verib qurtarıb artıq".Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Aqil Abbas deyib.
O bildirib ki, yanvar ayından etibarən kağız üzərindən ƏDV götürülməli idi: "İndi nə kitab, nə də qəzet oxuyan var. Kitab oxumayan millətin gələcəyi yoxdur. Biz dünyada ən az kitab oxuyan millətik".
Spiker Sahibə Qafarova isə deputatın fikirlərinə etiraz edib: "Belə statistikaya rast gəlməmişəm. Kitab oxuyan hər zaman oxuyar".
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın