Qırğızıstan lideri Qazaxıstana görə keçirilən KTMT iclasında iştirak etməyəcək -

Qırğızıstan lideri Qazaxıstana görə keçirilən KTMT iclasında iştirak etməyəcək - SƏBƏB

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Kollektiv Təhlükəsizlik Şurasının növbədənkənar iclasında Qırğızıstandan prezident Sadır Japarovun yerinə baş nazir Akılbek Japarov iştirak edəcək.

Yeniavaz.com xəbər verir ki, bu barədə Qırğızıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Qırğızıstan prezidenti Sadır Japarov bazar ertəsi qısamüddətli məzuniyyətə çıxıb.

Qeyd edək ki, KTMT liderlərinin növbədənkənar onlayn iclası bu gün Bakı vaxtı ilə saat 11:00-da baş tutacaq.

Xatırladaq ki, ötən gün Qırğızıstan hakimiyyəti Qazaxıstan təhlükəsizlik qüvvələri tərəfindən terrorçuluqda şübhəli bilinən Qırğızıstan vətəndaşının saxlanılması ilə bağlı Qazaxıstana nota göndərmişdi.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi