"Qırmızı diplom qızlar üçün cehizə, oğlanlar üçünsə..."

"Qırmızı diplom qızlar üçün cehizə, oğlanlar üçünsə..." -Vitse-spiker

"Bu gün qırmızı diplomun mənası itib, heç kimə lazım deyil".

Bunu Milli Məclisin bu gün keçirilən iclasında vitse-spiker Fəzail İbrahimli deyib.


Deputat bildirib ki, ali məktəbləri qırmızı diplomla bitirənlərin zəhmətinə laqeydik:


“Mütləq onlara hansısa üstünlük verilməlidir. Məsələn, universiteti bitirib, dərin təhsil alıb və hər şey qaydasındadır, mürəkkəbi qurumamış diplomu ilə yenidən harasa işə düzəlmək üçün imtahan verir. Bax, bu məsələ nəzərə alınmalıdır. Elm və Təhsil Nazirliyinə müraciət edəndə qanuna istinad edilir. Təklif edirəm ki, dəyişikliklərin siyahısına ali məktəbi qırmızı diplomla bitirən məzunların səlahiyyət və hüququnu genişləndirən imkan yaradaq. Bu bir tarixdir və bunu bərpa etməliyik. Yoxsa tələbə niyə cəhd edib qırmızı diplom alsın?! Etiraf edək ki, bu gün qırmızı diplom qızlar üçün cehizə, oğlanlar üçünsə arxivə çevrilib”.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi