Qismən səfərbərlik: ruslar ölkədən qaçır
Rusiya Prezidenti Vladimir Putinin qismən səfərbərlik elan etməsindən sonra ölkədə xaricə bilet satışlarının sayı kəskin şəkildə artmağa başlayıb.
Bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb.
Məlumata görə, artıq Bakı, Astana, Bişkek, Daşkənd, İstanbul, Tiflis və İrəvana olan biletlərin satışında kəskin artım qeydə alınıb.
Hətta bəzi şəhərlərə olan biletlər də bitib.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın