Qiyabi təhsilin sonuncu kurs tələbələri də yekun attestasiyadan azad ediliblər - Açıqlama
“Pandemiya ilə əlaqədar əyani təhsilin sonuncu kursu üçün sadalanan bütün tələblər qiyabi təhsil alan sonuncu kurs tələbələrinə də aid ediləcək, yəni, onlar da yekun attestasiyadan azad olunurlar”.
Təhsil Nazirliyinin sektor müdiri Yaşar Ömərov bildirib.
O qeyd edib ki, 1, 2, 3-cü kurslarda təhsil alan tələbələrin cari və aralıq qiymətləndirilməsi həmin ali təhsil müəssisəsinin özünün müəyyən etdiyi bala uyğun olacaq: “Əvvəl tələbə üçün 50 bal semestr ərzində, 50 bal imtahanda toplanırdı. İndi bu nisbəti ali təhsil müəssisəsi təhlillər apararaq dəyişə bilər. Bu, azaldılıb və ya çoxaldıla bilər, daha çox bal semestrə, daha az bal imtahan və ya əksinə verilə bilər. Bunu ali təhsil müəssisəsi Elmi Şuranın qərarı əsasında Təhsil Nazirliyi ilə təsdiqləməklə dəyişə bilər”.
Sektor müdiri qeyd edib ki, əvvəl tələbə hər hansı fənn üzrə auditoriya dərsinin 25 faizindən çoxunu buraxdıqda imtahana buraxılmırdı. Hazırkı vəziyyətə görə bu hədd aradan qaldırılıb: “Bu müddəti ali və orta ixtisas təhsil müəssisəsi özü müəyyən edəcək”.
Bu xəbər üçün şərh yazın