Quba Rayon İcra Hakimiyyətinin başçısı növbəti vətəndaş qəbulu keçirdib

Quba Rayon İcra Hakimiyyətinin başçısı növbəti vətəndaş qəbulu keçirdib - FOTOLAR

Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov növbəti vətəndaş qəbulu keçirdib.Qəbula əvvəlcədən yazılmış 28 nəfər sakinlə görüşülüb.

Faktinfo.az-a Quba RİH-dən verilən məlumatda bildirilir ki,müraciətlər məşğulluq, torpaq sahəsinin ayrılması, ev təmirinə köməklik və digər sosial müdafiə məsələlərini əhatə edib.Səsləndirilən müraciətlərin bəziləri yerində öz həllini tapıb, araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.

Yekunda,rayon icra hakimiyyətinin başçısı İlqar Mahmudov vətəndaşların şikayət və təklifləri ilə bağlı qəbulda iştirak edən məsul şəxslərlə də müzakirələr aparıb və qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə ciddi  tapşırıqlar verib.

Qeyd edək ki,vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət yetirdiyi əsas məsələlərdəndir.Prezident vətəndaşlara və onların problemlərinə daim böyük diqqət və qayğı ilə yanaşaraq özünün bütün çıxışlarında bu məsələni xatırladır,hər bir dövlət qulluqçusundan və hər bir məmurdan vətəndaşların ərizə və şikayətlərinə diqqətlə yanaşmağı tələb edir.

Faktinfo.az

Quba Rayon İcra Hakimiyyətinin başçısı növbəti vətəndaş qəbulu keçirdibQuba Rayon İcra Hakimiyyətinin başçısı növbəti vətəndaş qəbulu keçirdibQuba Rayon İcra Hakimiyyətinin başçısı növbəti vətəndaş qəbulu keçirdibQuba Rayon İcra Hakimiyyətinin başçısı növbəti vətəndaş qəbulu keçirdibQuba Rayon İcra Hakimiyyətinin başçısı növbəti vətəndaş qəbulu keçirdibQuba Rayon İcra Hakimiyyətinin başçısı növbəti vətəndaş qəbulu keçirdibQuba Rayon İcra Hakimiyyətinin başçısı növbəti vətəndaş qəbulu keçirdib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi