Quba Rayon İcra Hakimiyyətinin başçısı növbəti vətəndaş qəbulu keçirdib-

Quba Rayon İcra Hakimiyyətinin başçısı növbəti vətəndaş qəbulu keçirdib- - FOTOLAR

Vətəndaşların müraciətlərinə həssaslıqla yanaşılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət yetirdiyi əsas məsələlərdəndir. Bu mənada hər bir məmurdan vətəndaşların ərizə və şikayətlərinə diqqətlə yanaşmağı tələb edilir.

Quba Rayon İcra Hakimiyyəti də vətəndaşların ərizə və şikayətlərinə diqqətlə yanaşır.

Faktinfo.az-a RİH-dən verilən məlumata görə,18 oktyabr 2023-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov vətəndaşların fərdi qaydada növbəti qəbulunu keçirmişdir. Qəbulda əvvəlcədən müraciət etmiş 27 nəfər sakin iştirak edib.

Müraciətlər məşğulluq, torpaq sahəsinin ayrılması, ev təmirinə köməklik və digər sosial müafiə məsələlərini əhatə edib.

Səsləndirilən müraciətlərin bəziləri yerindəcə öz həllini tapıb, araşdırılması vacib olan məsələlər isə müvafiq qurumlara yönləndirilib.

Qəbulun yekununda Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov vətəndaşların şikayət və təklifləri ilə bağlı  məsul şəxslərlə müzakirələr aparıb və qaldırılan məsələlərin nəzarətə götürülməsi barədə tapşırıqlar verib.

Faktinfo.az


Quba Rayon İcra Hakimiyyətinin başçısı növbəti vətəndaş qəbulu keçirdib-Quba Rayon İcra Hakimiyyətinin başçısı növbəti vətəndaş qəbulu keçirdib-Quba Rayon İcra Hakimiyyətinin başçısı növbəti vətəndaş qəbulu keçirdib-Quba Rayon İcra Hakimiyyətinin başçısı növbəti vətəndaş qəbulu keçirdib-Quba Rayon İcra Hakimiyyətinin başçısı növbəti vətəndaş qəbulu keçirdib-
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi