Qubad İbadoğlu Cavanşir Feyziyevlə bağlı Baş Prokurorluğa müraciət etdi

Qubad İbadoğlu Cavanşir Feyziyevlə bağlı Baş Prokurorluğa müraciət etdi 

Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri Qubad İbadoğlu deputat Cavanşir Feyziyevlə bağlı Baş Prokurorluğa müraciət edib.

Faktinfo.az Pravda.az-a istinadla xəbər verir ki, bu barədə Q.İbadoğlu özü məlumat yayıb.

 “Londonun Westminster Magistrates Məhkəməsinin qərarı ilə azərbaycanlı deputat Cavanşir Feyziyevin həyat yoldaşı, oğlu və qardaşı oğluna məxsus bank hesablarında olan 15,3 milyon funt sterlinq vəsaitin 5,6 (13 milyon AZN) milyon funt-sterlinqini çirkli pul hesab edilərək müsadirə ediləndən sonra  yazdıqlarına görə təhqirə məruz qalan jurnalistlər həmrəylik nümayiş etdirərək, Cavanşir Feyziyyevə daha ağır təhqirlə cavab verirlər. Xatırladım ki, məhkəmə qərarı xəbəri yayılandan dərhal sonra  Cavanşir Feyziyev Milli Şuranın sədri Cəmil Həsənlini və məni ağır ifadələrlər təhqir etmiş və bizə böhtan atmışdır. Mən, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri olaraq  hüquqi dövlət quruculuğundan çıxış edərək, Cavanşır feyziyevin əməlinin   AR CM-nin 147 (Böhtan), 148 (Təhqir) maddələri ilə cinayət məsuliyyəti yaratdığını nəzərə alaraq  hüquqi qiymət vermək üçün Baş Prokurorluğa, siyasi qiymət vermək üçün isə Milli Məclisin İntizam Komissiyasına rəsmi müraciət göndərmişəm, cavab gözləyirəm” – Q.İbadoğlu qeyd edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi