Qubad İbadoğlu Mərkəzi Bankı kəskin tənqid etdi:“Manatın başı üzərində yenidən qara buludlar dolaşır”

Qubad İbadoğlu Mərkəzi Bankı kəskin tənqid etdi:“Manatın başı üzərində yenidən qara buludlar dolaşır” 

İqtisad elmləri doktoru Qubad İbadoğlu Mərkəzi Bankın məzənnə siaysətini kəskin tənqid edib. Ekspertin fikrincə, bankın valyuta siyasəti iqtisadi məntiqə əsaslanmır.Qubad İbadoğlunun facebook səhifəsində dərc etdiyi məqaləni təqdim edirik:

“Ötən il Azərbaycandan xaricə 13 milyard 811 milyon 624 min ABŞ dolları məbləğində mal göndərilib. Onun 12 milyard 290 milyon 658 min dollarını və ya 88,98 faizini xam neft, neft məhsulları, qaz və elektrik enerjisi təşkil edib. Bu ixrac məhsulları əsasən dövlət təşkilatları vasitəsilə xaricə göndərilib və əldə edilən valyuta gəlirləri də əsasən Dövlət Neft Fondunda, Neft Şirkətində və "Azərenerji"də toplanıb Yəni bu məhsulların satışından özəl bölməyə valyuta çatmayıb.

Dövlət Gömrük Komitəsinə inansaq ötən il Azərbaycana 8 milyard 782 milyon 7 min ABŞ dolları məbləğində mal idxal olunub ki, onun da 81,3 faizi və ya 7 milyard 103 milyon 481 min ABŞ dolları özəl bölmənin payına düşüb. Burada hesablamalara yekun vursaq görərik ki, özəl bölmə ötən il ixracdan 4,8 milyard ABŞ dolları qazandığı halda idxala 7,1 milyardlıq ABŞ dolları valyuta xərcləyib. Deməli, özəl bölmənı idxalın maliyyələşdirilməsi üçün lazım olan ən azı 2,3 milyard ABŞ dolları valyuta bazarından alınıb.

Rəsmi məlumatlara görə, ötən il Azərbaycan Respublikası Dövlət Neft Fondutərəfindən satılan valyuta 3,6 milyard dollara yaxın olub. Göründüyü kimi, valyuta bazarına çıxan vəsaitin 2,3 milyard dolları idxalın maliyyələşdirilməsinə yönəldiyi halda 1,3 milyard dolların xərc istiqamətləri aydın deyil. Çox güman ki, bu vəsait daha çox xarici borc ödhəliklərinin icrasına yönəlib.

Bu il üçün situasiya fərqlidir. Bəlli olan 2 aylıq son məlumata görə, ölkədə həm idxal, həm də valyutaya tələbat artır. Belə ki, cari ilin yanvar-fevral aylarında ötən ilin eyni dövrü ilə müqayisədə valyutaya tələbat 119,8 milyon dollar, idxal isə 479,5 milyon dollar artıb. Əgər bu temp davam edərsə valyuta bazarında yenidən gərginlik yaranacaq. Ötən ilin məlumatları da göstərdi ki, ölkədə valyutaya tələbat may-iyun və oktyabr-dekabr aylarında daha yüksək olur. Amma artıq ötən ay valyuta satışı göstəricisi keçən ilin müvafiq dövrünə nisbətən 41 faizdə qədər yüksəlib. Amma bütün bunlara baxmayaraq, Mərkəzi Bank manatın dollara nəzərən məzənnəsini sabit saxlayır.

Bu nəticə onu təsdiq edir ki, Azərbaycanda manatın məzənnəsi yenə dətəhlükəli qaydada, inzibati vasitələrlə sabit saxlanılır, demək olar ki, fiksəedilmiş məzənnə siyasəti yeridilir. Azərbaycanın əsas ticarət tərəfdaşları olan Rusiya, Türkiyə və digər ölkələrin valyutasında baş verən ucuzlaşma hər iki tərəfdən manata olan təzyiqi artırır. Bir tərəfdən həmin ölkələrin mallarının idxalı cəlb edici olur, digər tərəfdən də nominal və real effektiv məzənnədə müşahidə olunan enmələr manatın ucuzlaşdılmasını iqtisadi cəhətdən səmərəli edir.

 Hətta bu cür aydın vəziyyətdə də Mərkəzi Bank arxasında iqtisadi məntiq durmayan absurd məzənnə siyasətini davam etdirir. Görək bu nə qədər davam edəcək. Hazırda çox şey dünya bazarında neftin qiymətindən və əsas ticarət tərəfdaşlarımız olan ölkələrin milli valyutalarının ABŞ-da uçot dərəcəsinin gözlənilən artımına reaksiyalarından asılı vəziyyətdədir.

Yeganə onu demək olar ki, may ayına qədər manatın məzənnəsindəsabitliyin təminatı yalnız iqtisadi deyil, həm də siyasi gündəmdə olan məsələdir".

 

Qubad İbadoğlu Mərkəzi Bankı kəskin tənqid etdi:“Manatın başı üzərində yenidən qara buludlar dolaşır”
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi