Qubad İbadoğlu Mübariz Mənsimovun müdafiəsinə qalxdı
3 ay bundan əvvəl "Fətullahçı Terror Təşkilatına üzv olmaq" ittiham ilə həbs olunan azərbaycanlı iş adamı, Palmali Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimovun istintaq işi bu gün məhkəməyə göndərilib.
Məhkəmə sentyabrın 15-ə təyin edilib. Cinayət işinin təfərrüatları açıqlanmasa da əldə etdiyimiz məlumatlara görə, Mənsimovun işçiləri və tərəfdaşlıq etdiyi şirkətlərin vəzifəli nümayəndələrindən onun əleyhinə ifadələr alınıb. Onun ittihamlar üzrə 7,5 ildən 15 ilədək həbs cəzası gözləyir. Mübariz Mənsimov özü FETÖ ilə əlaqələrini qəti şəkildə rədd edir və ittihamları qəbul etmir. Bununla əlaqədar olaraq o Türkiyə prezidenti Rəcəb Teyyub Ərdoğana məktub göndərib.
Arzum budur ki, tezliklə Mübariz bəyə haqq etdiyi azadlıq nəsib olsun!
Qubad İbadoğlu
İqtisadçı
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın