Qubada 44 günlük Vətən Müharibəsi qaziləri və iştirakçıları ilə görüş - FOTOLAR
Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov 44 günlük Vətən Müharibəsi qaziləri və iştirakçıları ilə görüş keçirdib.
Bu barədə Quba RİH-dən faktinfo.az-a göndərilən məlumatda bildirilir.
Qey edilir ki,ilk əvvəl Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsinə daim yüksək ehtiram və diqqət göstərməsini vurğulayıb.
Rayon İcra Hakimiyyətinin başçısı həmçinin qeyd edib ki, bir neçə gün bundan əvvəl Azərbaycanın Qarabağ bölgəsində aparılmış lokal xarakterli antiterror əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin,qeyri-qanuni erməni silahlı dəstələrinin silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tam şəkildə tərksilah olunması, Ermənistan hərbi birləşmələrinin Azərbaycan ərazilərini tərk etməsi, qeyri-qanuni erməni silahlı dəstələrinin buraxılması, eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi Azərbaycanın növbəti Qələbəsinin təntənəsidir.
Səmimi şəraitdə baş tutan görüşdə Quba rayonunda da şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən hərtərəfli qayğı barədə geniş danışılmış,qaziləri və müharibə iştirakçılarını maraqlandıran məsələlər dinlənilmiş, bundan sonra da onlara yüksək diqqət və qayğı göstəriləcəyi bildirilmişdir.
Bu xəbər üçün şərh yazın