Qulinin qətlini sifariş edən “Dayıoğlu Zaur” kimdir? - Şok

Qulinin qətlini sifariş edən “Dayıoğlu Zaur” kimdir? - Şok 

Xəbər verdiyimiz kimi,avqustun 19-dan 20-nə keçən gecə Antalyada qətlə yetirilən qanuni oğru Lotu Qulinin ölüm fərmanını verən şəxsin Zaur Əliağa oğlu Əhmədov olduğu iddia edilir.

 Məlumata görə, o, bu qətlin icrası üçün Xan Bakinskiyə 4 milyon dollar ödəyib.

Axar.az xəbər verir ki, 40 yaşlı Zaur Əhmədovun mərhum qanuni oğru Rövşən Lənkəranskinin yaxın qohumu olduğu bildirilir. Bəzi mənbələr Z.Əhmədovun Lənkəranskinin kürəkəni və dayısı oğlu olduğunu yazır. O, kriminal aləmdə “Dayıoğlu Zaur” kimi tanınır. Moskvada bizneslə məşğul olan Zaur Əhmədov Lənkəranskinin ölümündən sonra onun “imperiya”sına başçılıq edib.

Bildirilir ki, Z.Əhmədov Lənkəranskinin ölümünü yaddan çıxarmırmış. “Praym Kraym”ın məlumatına görə, o, dəfələrlə bəyan edib ki, Rövşəndən qalan bütün mirası onun qisasına xərcləməyə hazırdır.

“Əhmədov Quliyə qarşı Lənkəranskinin siyasətini aparırdı. Bu səbəbdən Zaurun həyatı həmişə təhlükə altında idi”, - “Praym Kraym” portalının redaktoru Viktoriya Qefterin yazır.

Mənbələrdə qeyd edilir ki, Moskvada yerləşən “Fud Siti” adlanan böyük bazar Lənkəranskinin qohumlarının nəzarətində olub. Buranı Zaur Əhmədov və əslən Şəmkirdən olan Məhərrəm adlı şəxs idarə edib. Daha əvvəl mətbuatda yayılmış xəbərdə Z.Əhmədovun “Fud Siti”dəki ofisində məskunlaşdığı və Qulidən ehtiyat etdiyi üçün mühafizəçilərlə gəzdiyi bildirilib.

Başqa bir məlumatda isə Lotu Qulinin “Fud Siti” sahibkarları üzərində nəzarəti tamamilə ələ keçirdiyi yazılıb. Qeyd edilib ki, əvvəllər bu ticarət bazasını Rövşən Canıyevin yaxın qohumu Zaur Əhmədov “himayə” edib. Lakin buraya nəzarət uğrunda gedən amansız mübarizə Lotu Qulinin qələbəsi ilə başa çatıb.

Bu proseslər zamanı Lotu Qulinin adamlarına sui-qəsd təşkil edildiyi və bunun sifarişçisinin Zaur Əhmədov olduğu da vurğulanıb.

Qeyd edək ki, Qulinin qətlini Xan Bakinskiyə Rövşən Lənkəranskinin qohumu Zaur Əhmədovun sifariş verdiyi deyilir. İddiaya görə, qətl Rövşən Lənkəranskinin öldürüldüyü gün icra edilməli imiş. Belə ki, Lənkəranski 18 avqust 2016-cı ildə İstanbulda qətlə yetirilmişdi. Onun avtomobili gülləbaran edilmişdi. Onun qətlinin sifarişçiləri sırasında Lotu Qulinin də adı çəkilirdi.

Qatil isə Qulini 18 avqustda öldürə bilməyib və sifarişi avqustun 19-dan 20-nə keçən gecə (20 avqust saat 02:00 radələrində) yerinə yetirib.

Lotu Quli arxadan, boyun nahiyəsindən 4 güllə yarası alıb və xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.

Faktinfo.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi