Qurban bayramında əfv ola bilərmi?
Hər il xüsusi günlərdə yaxınları həbsdə olan insanlar əfv sərəncamının imzalamasını səbirsizliklə gözləyirlər.
Qurban bayramına az vaxt qaldığı bir zamanda əfv qərarı gözləyən məhbus və məhbus yaxınları da az deyil.
Bəs görəsən bu bayram əfv sərəncamı verilə bilərmi?
Milli Məclisin deputatı Fazil Mustafa Cebhe.info-ya açıqlamasında bildirib ki, bu dəfə hər hansı bir sərəncam gözlənilmir.
Onun sözlərinə görə, məsələ öncə Əfv Məsələləri Komissiyasında müzakirə edilməlidir:
“Hələ elə bir müzakirə olmayıb”.
Əfv Məsələləri Komissiyasının üzvü Rəşad Məcid də sərəncamının gözlənilmədiyini bildirib. Onun sözlərinə görə, sərəncam əsasən Novruz bayramında verilir:
“Komissiya yanvar, fevral və mart aylarında tam fəaliyyətdə olub. Bizə indi də müraciətlər gəlir. Əfv Komissiyası da yəqin ki, daha sonra toplanıb o müraciətlərə baxacaq”.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın