Qurban Məmmədov özünü “qəsdən” həbs etdirib? – Qardaşı Sərdar Cəlaloğludan açıqlama
Qurban Məmmədovun həbsi ilə bağlı məndə hər hansı məlumat yoxdur.
Bu barədə heç maraqlanmıram. Bunu axar.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu qardaşı Qurban Məmmədovun həbsi ilə bağlı məlumatlarla bağlı danışarkən deyib.
ADP sədri qardaşının Türkiyədə saxlanılması xəbərini mediadan eşitdiyini söyləyib: “İnterpol axtarışında olduğu halda Türkiyəyə gəlibsə, deməli, nəticəsini də əvvəlcədən bilirdi. Əgər yaxalanıbsa, yəqin ki, hansısa uzunmüddətli planı var”.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın