Rafael Mehralıyev yeznələrinin şirkətləri ilə milyonları belə silir - İTTİHAM
Azərbaycanda özünü Ceyms Bond kimi hiss edən məmurlar da var imiş. Onlardan biri uzun illərdir ki, Bakı Şəhər İcra Hakimiyyətində maskaradla məşğuldur.
Bu fiqurun barəsində olmazın məlumatlar yayılsa da, həqiqi kimliyi yalnız ötən həftə ifşa olunub.
Anaxeber.info məlumat verir ki, həmin məmur BŞİH-də Mənzil-Kommunal Təsərrüfatı Departament rəhbəri Rafael Mehralıyevdir.
R.Mehralıyevin adı ictimaiyyətə illər əvvəldən tanışdır - “MTN” və “rabitə” işlərində adının keçməsi, qohumu olan Rabitə Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla birgə qanunsuz əməlləri haqda saysız-hesabsız xəbərlər tirajlanıb.
Lakin o, bu müddətdə əsl kimliyini gizlədə bilib. Bu günlərdə bloger Mehman Hüseynovun araşdırması ilə maskası cırılan R.Mehralıyevin üzü bütün xalqa məlum olub. Demə, illərlə R.Mehralıyev müavini Vidadi Əliyevin arxasında gizlənərək cəmiyyəti aldatmağa nail olub.
Mətbuat hər dəfə bu məmurun əməllərindən yazanda V.Əliyevin şəklini yayaraq R.Mehralıyev kimi təqdim edib. Bloger danışır ki, bunu bilərəkdən edən BŞİH məmuru özünü gözdən uzaq saxlayıb.
Ancaq M.Hüseynov Mehralıyevin öz fotosunu yayaraq bu “ceyms bond”luğa son qoyub. Üstəlik, də Mənzil-Kommunal Təsərrüfatı Departament rəhbərinin yeyintiləri, tender maxinasiyaları, biznesi haqda faktlar açıqlayıb.
Məlum olub ki, Mehralıyev xanımı Almaz Səfərovanın şirkətləri vasitəsi ilə büdcədən ayrılan pulları mənimsəyirmiş. Bu korrupsiya şəbəkəsində onun təsisçisi olduğu “Azinşaat 1” MMC xüsusi rol oynayıb.
Şirkətin qeydiyyat ünvanı da elə Mehralıyevin şəxsi mənzilidir - Bakının Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, mənzil 48...
2011-ci ildə yaradılan bu MMC-nin direktoru isə Elşən Həsənli adlı şəxsdir. O, Sabunçu rayon icra hakimiyyətində vəzifə tutur. Bloger bildirir ki, elə qonşu mənzil olan ev 49 da Mehralıyev ailəsinə aiddir.
Bu mənzildə “Azinşaat” MMC qeydiyyata alınıb. Təsisçiliyi illər sonra bacısı Aliyə Mehralıyevanın keçmiş əri Xəlil Sultanova aid olub.
Onlar 2019-cu ildə boşanıblar və əmlakı bölə bilmədikləri üçün iş məhkəməyə gedib. Mehralıyevin başqa bir yeznəsi isə Eldar Şirinovdur. Meriyanın bu oliqarx məmurunun E.Şirinov adlı yeznəsi də “Ens İnşaat” MMC rəhbəridir. Həmçinin “Rəşad Abadlıq” MMC da ailə podratına daxildir.
Araşdırmalar üzə çıxarıb ki, həm “Ens İnşaat” MMC, həm “Rəşad Abadlıq” MMC inşaat materiallarının alınması, yolların və evlərin təmiri, şəhərin kommunal təsərrüfat işlərini həyata keçirilməsində bütün tenderlərin qalibi olub.
Nəticədə Rafael Mehralıyev yeznələrini idarə etdiyi, əslində özünə məxsus olan şirkətləri tenderlərdə qalib çıxarmaqla dövləti ayırdığı milyonlardan yüzminlərlə vəsaiti cibinə axıdıb. Çox maraqlıdır ki, Hacıbala Abutalıbovla uzun müddət işləyən R.Mehralıyevin adının MTN işi və digər qalmaqallı məsələlərdə keçməsindən sonra işindən azad olunacağı gözlənilirdi. Amma BŞİH rəhbəri Eldar Əzizov Abutalıbovun yolunu getdi, Mehralıyevlə işləməyə davam elədi.
Bu şübhələr yaradır ki, E.Əzizov da onun qalmasında maraqlı olub. Çünki Mehralıyev səriştəli yeyinti ustasıdır, korrupsiyanın elementlərini bilir, bu sahədə yetərincə püxtələşib. Üstəlik rəhbəri olduğu Mənzil-Kommunal Təsərrüfatı Departamenti büdcə pullarını silmək üçün yağlı tikələrdən biridir.
Anaxeber.info bildirir ki, bu korrupsiyanın nəticəsi olaraq yeznəsi E.Şirinov “Tuqay” adlı restoranı 2,5 milyon manata alaraq, 2.5 milyon manat da təmirinə pul xərcləyib. Sonra restoranın adını dəyəşərək “Favorit” qoyub. Bu obyektdən başqa, Balaxanıda Mehrəliyevə məxsus olan asfalt zavodunun içində E.Şirinovun “tol”, “emusya”, boya və səki daşları istehsal edən sexi var. Asfalt zavoduna Rafael Mehrəliyevin kiçik yeznəsi Xəlil rəhbərlik edir.
Bundan başqa, Rafael Mehrəliyevin digər yeznəsi olan Mübariz də Dərnəgüldə yerləşən Bakı şəhər İH-nin “Qış” qarajının müdiridir. Bakı şəhərində küçələrə asfalt çəkilişinə Rafael Mehrəliyevin əmisi oğlu Xəqani və qaynı Azər rəhbərlik edirlər.
Məlumata görə, Rafael Mehrəliyevin qardaşı Mübariz Mehrəliyev isə Türkiyəyə qaçıb və orada böyük biznes yaradıb. O, Mehrəliyevlərin digər qohumu, meriyada “tender kralı” kimi tanınan Ramazan Məmmmədovun pullarını Türkiyəyə çıxarıb və qardaş ölkədə ciddi biznes şəbəkəsi yaratmağa nail olub. Rafael Mehrəliyev isə həm öz pullarını, həm də Vidadi Zeynalovun pullarını Türkiyəyə qaçan qardaşına göndərərək orada böyük biznes qurmasını tapşırıb.
Departament rəhbərinin mediada adı həm də iş adamından rüşvət almaqda keçib. Belə ki, iş adamı İlham Qasımov zamanında Bakı Şəhər İcra Hakimiyyəti yetkillilərinə milyonlarla manat rüşvət verib. Həmin rüşvət isə əsasən “Real” MTK-nın tikdiyi binaların lahiyələrin təsdiq edilməsi üçün ödənilib. İlham Qasımovun Bakı şəhər İcra Hakimiyyətində əsas havadarı, hazırda Mənzil-Kommunal Təsərrüfatı Departamentinə rəhbəri vəzifəsini tutan Rəfael Mehrəliyev olub. İş adamı tikdirdiyi binalara görə, milyonlarla manatı məhz Rafael Mehrəliyev vasitəsi ilə BŞİH-ə çatdırdığı iddia olunur.
İndi gəlin, R.Mehrəliyevin əmlakına bir nəzər salaq: Nərimanovda Bakı klinikasının yanında 16 sot torpaq sahəsi, həmin klinikadan 200 metr qabağa 14 sot torpaq sahəsi, hazırda 15 milyona satışa çıxarılıb, İnqilab küçəsində, TQDK ilə üzbəüz milyonluq tikililər, Papanində Kontakt Home mağazalar şəbəkəsinə ayı 25 min manata icarəyə verdiyi obyekt...
Qeyd edək ki, Vidadi Zeynalov kimi onun bacısı oğlu Bakı şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentinin sədri Rəfail Mehrəliyev də çox iri rüşvət donoru olublar. O dövrdə yazılanlara görə dayı - bacıoğlu bir- biri ilə düşmən olan şəxslərə Hacıbala Abutalıbova və Əli Abbasova rüşvət daşıyıblar. Departament yüksək məbləğlərdə qeyri-qanuni gəlirlərin əldə olunması üçün ən münasib qurumlardan biri kimi tanınır.
Departamentin tabeliyində Mənzil-Kommunal Təsərrüfatı Birlikləri, “Lifttəmir” İstehsalat Birliyi, Sahibsiz Heyvanlara Qarşı Mübarizə İdarəsi, Əhaliyə Vətəndaşlıq Xidməti Tresti, Bakı Şəhər Yollarının İstismarı İdarəsi, İnzibati Binaların İstismarı İdarəsi, Xüsusi Təyinatlı Avtonəqliyyət İdarəsi, Təchizat və Komplektləşdirmə İdarəsi, Bakı Şəhər Fəvvarələrin İstismarı İdarəsi kimi qurumlar fəaliyyət göstərir. Bu amil daha az diqqət göstərilən bu idarələrə ayrılan külli miqdarda vəsaitlərin mənimsənilməsi üçün münbit şərait yaradır. Mövzunu davam etdirəcəyik.
Bu xəbər üçün şərh yazın