Raket zərbəsindən qaçan təyyarə rus bazasına endi – Video
Raket hücumundan yayınmaq üçün Rusiyanın Suriyadakı Hmeymim hərbi bazasına məcburi eniş edən sərnişin təyyarəsinin görüntüləri yayılıb.
Kadrları “Zvezda” kanalı paylaşıb.
Qeyd edək ki, insident 6 fevralda baş verib. İsrailə məxsus F-16 qırıcıları Suriya paytaxtına “hava-yer” tipli raketlərlə zərbə endirib. Suriya rejim qüvvələri isə buna görə HHM zenit-raket komplekslərini aktivləşdirib.
Bu zaman 172 sərnişinlə Dəməşq aeroportuna enməyə hazırlaşan Airbus-320-nin pilotlarına dispetçerlər xəbərdarlıq edib. Raket hücumu və zenit-raket komplekslərinin real hədəfinə çevrilən təyyarəni pilotlar vaxtında uzaqlaşdırmağa və Hmeymim aviabazasına endirməyə nail olublar.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın