Ramiz Mehdiyevin şəriki ölkədən qaçdı - İDDİA
Vətəninfo.az-a istinadən xəbər veririk ki, Ramiz Mehdiyevin biznes ortağı Azay Möhlətov ölkədən qaçıb. A.Möhlətov "AF Holdinq Şirkətlər Qrupu"nun ("AF Hotel & Aqua Park", "Uğur-97" və s. şirkətləri) prezidentidir. O, həmçinin Azərbaycan Memarlar Birliyinin üzvüdür.
Bildirilir ki, A.Möhlətov R.Mehdiyevlə bağlı baş verən hadisələrdən sonra müalicə adı ilə Almaniyaya gedib.
Qeyd edək ki, "Boz kardinal"ın qeyri rəsmi "kassası" hesab esilən A.Möhlətov bank sektorunda da əsas "boss"lardan birinə çevrilib və "AFBank" onun nəzarətindədir. O, R.Mehdiyevin biznes imperiyasında ən əsas adamlardan biri hesab olunur.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın