Ramiz Mehdiyevlə Elton Məmmədovun səs yazısı yayıldı
Keçmiş deputat, sabiq nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədov AMEA-nın Rəyasət Heyətinin iclasında qurumda baş verən ağır cinayət hadisələrindən danışıb.
Bakıpost.az xəbər verir ki, bununla bağlı yayılan səs yazısından görünür ki, E.Məmmədovun işdən çıxarılması ilə bağlı təşkil olunan iclasda son çıxışı zamanı o, müəyyən faktları açıqlayıb.
Bildirib ki, AMEA-da ciddi qanun pozuntuları baş verib. İşlədiyi müddətdə qanunsuzluqların qarşısını almağa çalışsa da, buna tam müvəffəq ola bilməyib.
Elton Məmmədov qeyd edib ki, alimlər üçün olan AMEA-nın torpaq təyinatları dəyişdirilib və ayrı-ayrı adamlara satılıb:
“Bu hallarla hər gün mübarizə aparmışam, şəffaflığa çıxmaq üçün sənədləri qaydasına qoymuşam. Torpağından başlayaraq, reyestr yaratmışam. O vaxt komissiyanın sədri akademik Rasim Əliquliyev olanda tövsiyələr vermişdi. İndi baxa bilərsiz, 48 təşkilatın reyestrini aparmışam. Reyestrdə külli miqdarda avadanlıqlara dövlət vəsait verib. Artıq bir təşkilatın ümumi monitorinqini aparıb reyestrlər müəyyənləşdirmişik. Bunların hamısını qısa bir zamanda görmüşəm. Təşkilatçılar elə işlədi ki, guya Ramiz Mehdiyevin rəhbərliyi ilə Elton Məmmədov Xızıda villalar tikdirib, satacaq. Dövlət qanununu pozaraq, Milli Elmlər Akademiyası Rəyasət Heyətinin qərarı ilə 322 nəfərə torpaq verib. Dövlət təyinatı qalıb bir tərəfdə, fərdi bağçılıq, bostançılıq yaradıblar. Qanunla gəlib, rəhbərimə demişəm ki, mənim dövrümdə də 120 ərizə daxil olub. 1 sot da olsa ordan kiməsə torpaq vermək niyyətində deyiləm. Çünki bu, qanun pozuntusudur. Gərək, mən də başqaları kimi torpaq verəydim, sonra da sizin yanınızda qızaraydım? Hər birinizdən bir daha üzr istəyərək ərizəmi yazmışam, səbəbini də qeyd etmişəm. Qərarınıza böyük hörmətlə yanaşıram, amma çox təəssüf...
Rəhbərliyinizlə birlikdə, sizlərə də özümdə olan insan resursunu dövlət quruluşuna və dövlətçiliyin bu sahəsinə axıra qədər tətbiq edə bilmədim. Çox təəssüf...”
Çıxışdan sonra Ramiz Mehdiyev isə əlavə edib ki, qeyd olunan məsələlər həqiqətə uyğundur:
“Bunu nəzərə almalıyıq. Uzun müddət bu söhbətlər olub. Mənə də məlumat verib, öz fikirini söyləyib”.
Bu xəbər üçün şərh yazın