Trampdan İdlibdəki gərginliklə bağlı açıqlama:

Trampdan İdlibdəki gərginliklə bağlı açıqlama: "Ərdoğan sərt oğlandır, o, istəmir ki..."

ABŞ prezidenti Donald Tramp bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriyanın İdlib bölgəsində yaranmış vəziyyətin normallaşdırılması üzərində işləyir.

“RİA Novosti” xəbər verir ki, Tramp jurnalistlərə Prezident Ərdoğanla “çox yaxşı danışığım oldu”, – deyib: “O, sərt oğlandır, amma bizim münasibətlərimiz yaxşıdır. O, istəmir ki, orada minlərlə və yüz minlərlə insanı öldürsünlər. Biz İdlib haqqında danışdıq, birlikdə işləyirik və baxırıq ki, nə etmək olar”.

ABŞ və Türkiyə prezidentləri arasında telefon danışığı bazar ertəsi olub. Dövlət başçıları Suriyada yaranmış vəziyyəti müzakirə ediblər/Report.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi