“Rasim Musabəyovun deputat mandatı daşımasından çox təəssüflənirəm”

“Rasim Musabəyovun deputat mandatı daşımasından çox təəssüflənirəm” - DEPUTAT

“Şanlı Türkiyə Ordusu göydə də, yerdə də, qəlbimizdə də bizimlədi”.

Bunu Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalının Demokrat.az-a açıqlamasında bildirib.

Deputat qeyd edib ki, bir neçə gün öncə Milli Məclisin deputatı Rasim Musabəyov Rusiya telekanalına hər birimizdə təəccüb və hiddət doğuran müsahibə verib:

“Həmin açıqlamada o, faktiki olaraq daşıdığı düşüncələrini ifadə etdi. Bir neçə müddət öncə onun İctimai Televiziyada Naxçıvan dəhlizinin açılması ilə bağlı səsləndirilən fikirlərə də çox kəskin və qərəzli reaksiyanın da şahidi olduq. Bundan az sonra, Rasim Musabəyov növbəti xoşagəlməz fikirlərilə özünün anti-milli mövqeyini bir daha nümayiş etdirdi. Tam bəlli oldu ki, Rasim Musabəyovun fəaliyyətində milli maraqlar deyil, “beşinci kalonu”nun missioner öhdəlikləri həlledicidir. Onun fikirlərinə sosial şəbəkələrdə haqlı olaraq iradlar səsləndirilir. Təbii ki, dəyərli soydaşlarımızın haqlı fikirlərini mən də bölüşür və onun Milli Məclisin deputatı mandatını daşımasından çox təəssüflənirəm”. 

“Hansı bir məqsədlə deyilməsindən asılı olmayaraq, hər zaman, ən çətin anlarda bizimlə bərabər olan qardaş Türkiyəyə qarşı bu cür çıxış həqarətdi. Şanlı Türkiyə Ordusu göydə də, yerdə də, qəlbimizdə də bizimlədi. Bu, bir millətin, iki dövlətin prinsipial və qətiyyətli mövqeyidi” - deyə Fəzail Ağamalı fikrini tamamlayıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər