"Rayonlarda işləmək istəyən tələbələr üçün Azərbaycan Tibb Universitetində təhsil pulsuz olsun" - TƏKLİF
“Təklif edirəm ki, rayonlarda işləmək istəyən tələbələr üçün Azərbaycan Tibb Universitetində təhsil pulsuz olsun”.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında deputat Məşhur Məmmədov deyib.
Onun sözlərinə görə, təhsilini başa vurub rayonda işləmək istəyənlərə şərait yaradılmalıdır: “Rayonlarda həkimlərlə bağlı müəyyən çatışmazlıqlar var. Regionda həkimlərin sayının artırılması üçün addım atmasaq inanın ki, əhalinin paytaxta köçü daha da artacaq”.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın