“Razılaşma olmasa, neft qiymətləri kəskin düşəcək” - Ekspert
OPEC təşkilatının Baş katibi vəzifəsində dünən vəfat etmiş Məhəmməd Barkindonun əvəzinə Küveyt təmsilçisi Xaysam əl Qeys gələcək.
Bəzi ekspertlər Barkindonun ölümündən sonra OPEC təşkilatında antirusiya meyillərinin baş qaldıracağını ehtimal edirlər.
İqtisadçı Natiq Cəfərli hesab edir ki, təşkilat rəhbərinin kim olması vacib deyil: "Qərarlar böyük neft ölkələrinin maraqlarından asılıdır, xüsusən Səudiyyə Ərəbistanının. OPEC+ formatında iki iri neft istehsalçısı - Səudiyyə Ərəbistanı və Rusiyanın rolu əhəmiyyətlidir. Rəhbərliyin dəyişməsinin böyük dəyişikliklərə gətirəcəyinə düşünmürəm. Hər şey yaxın aylarda yeni strategiyanın qəbul olunub olunmayacağından asılıdır".
Ekspertin sözlərinə görə, bir ara Rusiyanın təşkilatla razılaşmadan çıxarılacağı barədə şayiələr gəzirdi. Enerji inkişafı fondunun rəhbəri Sergey Pikin mətbuata müsahibəsində bunu az mümkün adlandırıb: "Razılaşma Rusiya və OPEC arasında bağlanılıb. Bu halda tərəflərdən birini necə ləğv etmək olar? Razılaşma olmasa, neft qiymətləri kəskin düşəcək. Hamı neft bazarında sabitliyi qorumaq istəyir və Qərbin təxribatlarına uymaz".
Bu xəbər üçün şərh yazın