ReAL seçkidə iştirakdan imtina edə bilər - İlqar Məmmədov bəyanat yaydı

ReAL seçkidə iştirakdan imtina edə bilər - İlqar Məmmədov bəyanat yaydı 

"Real Cümhuriyyətçilər" Bloku bəyanatla çıxış edərək parlament seçkilərindən geri çəkilə biləcəklərini açıqlayıb.

ReAL Partiyasının rəhbəri İlqar Məmmədov bildirib ki, seçkilərdə hər hansı şərt irəli sürmədən iştirakı haqqında mövqelərinə yenidən baxıblar. Və  qərara gəliblər ki, bloger Mehman Hüseynovun döyülməsində iştirak edən şəxslər cəzalandırılmalı, reper Pasterin həbsi ilə başlanmaqda olan bu repressiv tədbirlər dayandırılmalıdır.

O, da daha sonra qeyd edib ki, İttifaqın namizədlərinin qeydiyyatına yaradılan əngəllər tam şəkildə aradan qaldırılmalı, Avropa Məhkəməsində bəraət almış İlqar Məmmədov, Rəsul Cəfərov və Zaur Qurbanlı ilə balı məhdudiyyətlər götürülməlidir.

"Hakimiyyətin atacağı bütün addımları seçki bağlantısında diqqətlə izləməkdə və dəyərləndirməkdə davam edəcəyik və bu addımların seçki anlamına həlledici zərbə vurduğu təqdirdə istənilən anda bizim seçkidə iştirakından geri çəkilməyimiz haqda qərar verəcəyik"-deyə İlqar Məmmədov vurğulayıb./AzPolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi