Rəcəb Babaşovun başsağlığı silindi-Telefon sual verən jurnalistin üzünə bağlandı - FOTOLAR
Faktinfo.az xəbər verir ki,fevralın 13-də Qazax rayonun icra başçısı Rəcəb Babaşovun Orta Salahlı kəndində yaşayan axıska türkləri ilə görüşərək onlara Türkiyədəki zəlzələ ilə bağlı başsağlığı verməsi ciddi tənqid edilib.
Sosial şəbəkələrdə Qazax Rayon İcra Hakimiyyətinin rəsmi saytında yerləşdirilən xəbər paylaşılır, icra başçısının axıska türklərinin tarixindən xəbərsiz olduğu deyilir.
Faktinfo.az bildirir ki,narazılığa səbəb olan məsələ ilə bağlı Pravda.az Qazax RİH-ə sorğu göndərib.
RİH sorğuya heç bir cavab vermədən qısa müddət sonra rəsmi saytda yerləşdirilən məlum xəbəri silib.
Pravda.az saytının əməkdaşı bunun səbəbini öyrənmək üçün Qazax RİH-in İnformasiya təminatı və təhlili sektorunun müdiri Svetlana Qurbanova ilə əlaqə saxlayıb.Saytın məlumatına görə,S.Qurbanova zəngə cavab versə də, telefonu sual verən jurnalistin üzünə bağlayıb.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın