
Regionların sosial –iqtisadi inkişafı üzrə dövlət proqramı Füzuli rayonunda uğurla icra olunur
Azərbaycan Respublikasında sosial-iqtisadi inkişafın davamlılığının təmin olunmasında ölkənin regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının qəbul olunması və həyata keçirilməsinin müstəsna əhəmiyyəti vardır.
Dövlət proqramlarının uğurlu icrası regionlarda şəhər, qəsəbə və kəndlərin simasını köklü şəkildə dəyişmiş, regionlarda sosial-iqtisadi inkişaf potensiallarının artmasına, biznes və investisiya mühitinin, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin yaxşılaşmasına, əhalinin rifahının yüksəlməsinə və ekoloji təhlükəsizliyin güclənməsinə şərait yaratmışdır.
2019-2023-cü illəri əhatə edən Regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının icrası respublikamızın digər bölgələri kimi Füzuli rayonunda da uğurla həyata keçirilir. Rayon ərazisində yol-nəqliyyat infrastrukturu müasir standartlara cavab verəcək səviyyədə qurulmuş, yolların asfaltlaşması tam şəkildə təmin olunmuşdur. Ərazidə mütəmadi olaraq ağacəkmə aksiyaları keçirilmiş, yaşıllıq-abadlaşdırma işləri aparılmışdır. Dövlət Proqramı çərçivəsində rayon ərazisində tikilib istifadəyə verilən infrastruktur obyektlər rayonun ümumi mənzərəsini zənginləşdirməklə yanaşı əhalinin işlə təminatında mühüm rol oynamışdır.
Son illər Regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramı çərçivəsində Füzuli rayonunda 3 bağça, 1 məktəb tikilmiş, 1 məktəb əsaslı təmir edilmişdir. 2020-ci ildə isə Füzuli Rayon Mərkəzi Xəstəxanası tikilib istifadəyə verilmişdir. Müasir standartlara cavab verən belə bir xəstəxananın rayonda tikilməsi həm pandemiya ilə mübarizədə, həm də Vətən müharibəsi zamanı öz xidməti ilə mühüm əhəmiyyətini və vacibliyini göstərmişdir. Dövlət Proqramı çərçivəsində rayonda infrastruktur layihələrin icrasında dövlətlə yanaşı Heydər Əliyev Fondunun da böyük rolu vardır. Belə ki, 2019-2023-cü illəri əhatə edən dövlət proqramının icrası zamanı rayonda Heydər Əliyev Fondu tərəfindən 3 bağça tikilmiş, 1 məktəb əsaslı təmir edilmişdir.
Hazırda rayon ərazisində qazlaşdırmanın səviyyəsi 100%-ə çatdırılmışdır və ərazidə əhalinin mavi yanacaqla, eləcə də elektrik enerjisi ilə fasiləsiz təminatı həyata keçirilir.
Son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində dövlət tərəfindən atılan mühüm addımlar öz müsbət nəticələrini verməkdədir. Bu istiqamətdə rayonda görülən işlər, eləcə də Regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramının uğurlu icrası ümumilikdə kənd təsərrüfatı məhsulları istehsalı və emalı sahələrinin inkişafını, eləcə də kənd təsərrüfatının müxtəlif sahələrində məhsul istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsini
təmin etmişdir.
Dövlət Proqramının uğurlu icrası rayonda içməli su təchizatına da öz mühüm töhfələrini vermişdir. Belə ki, rayon əhalisinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə kəndlərdə yerləşən subartezian nasos aqreqatları cari təmir edilmiş, Horadiz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin layihələndirilməsi və yenidən qurulması ilə bağlı mühüm tədbirlər görülmüş, şəhərdə yeni içməli su xətləri çəkilib istifadəyə verilmişdir.
Ümumilikdə rayonda Regionlarının sosial-iqtisadi inkişafı üzrə dövlət proqramı çərçivəsində görülən işlər əhalinin rifahının yüksəldilməsinə, onların rahat işləməsi və yaşaması üçün münbit şəraitin yaradılmasına səbəb olmuşdur.
Faktinfo.az










Bu xəbər üçün şərh yazın