Rejissor Putindən üzr istədi: Həyatına təhlükə var

Rejissor Putindən üzr istədi: Həyatına təhlükə var 

Rejissor Aleksandr Sokurov Rusiya Prezidenti Vladimir Putinlə mübahisəyə görə üzr istəyib.

Bu barədə o, Prezident yanında İnsan Hüquqları Şurasının rəhbəri Valeri Fadeyevə göndərdiyi müraciətdə yazıb.

“Mənə Prezidentin mətbuat katibi Dmitri Peskovun bu davranışıma qəzəbli reaksiyası göstərildi. O haqlıdır - mən həvəskaram və görünür, belə hörmətli peşəkar mühitdə məsləhətə yer yoxdur”, - Sokurov məktubda qeyd edib.

Rejissor bildirib ki, dostları onu həyatını təhdid edən təhlükə barədə xəbərdar ediblər. Onun sözlərinə görə, öldürülməyəcəyinə yeganə təminat yalnız Putinin vəziyyətə müdaxiləsi ola bilər.

Qeyd edək ki, Aleksandr Sokurov İnsan Hüquqları Şurasının iclasında Prezident Vladimir Putinlə mübahisə edərək, Rusiyanın tərkibində yaşamaq istəməyən respublikalara sərbəst çıxış verməyi təklif etmişdi. Sokurov həmçinin bildirmişdi ki, Qafqaz respublikalarında artıq rusları bəyənməməyə başlayıblar və ayrılmaq istəyirlər.

Putin isə ona sərt cavab vermişdi./Axar.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi