Rekord şaxtalar gözlənilir

Rekord şaxtalar gözlənilir –Tanınmış ekoloq hökumət qurumlarını sərt qışa hazır olmağa çağırır

“Artıq indidən müvafiq qurumlar Azərbaycanda sərt qışa hazırlaşmalıdırlar”.

Bu sözləri Oxu.az-a Ekoloji Proqnozlar Mərkəzinin prezidenti, ekoloq Telman Zeynalov deyib. Onun sözlərinə görə, bundan sonra qış gözlənildiyindən tez gəlib, gec gedəcək.

“Günəş qeyri-adi və ləng yuxu dövrünə girir. Yeni günəş minimumu yeni kiçik buz dövrünün başlanmasına səbəb ola bilər. Bəşəriyyət XVII əsrdə belə qışla üzləşib”, – ekoloq qeyd edib.

Telman Zeynalov qeyd edib ki, son illər Günəş ləkələrinin sayında azalma müşahidə olunur (Günəş ləkələri maqnit enerjisi ehtiyatlarını xarakterizə edir, daha dəqiq desək, Günəş ləkələri Günəşdəki partlayışların enerjiyə çevrilməsi nəticəsində yaranmış ehtiyatlardır).

“Günəş tacının qütblərində tüğyan edən qasırğalar zəifləyir, Günəşdəki reaktiv axıntılar yoxa çıxır. Bu, onu göstərir ki, Günəşin daha az aktivlik dövrü başlayır. Bütün bunlar bu qışdan etibarən özünü göstərməyə başlayacaq”, – deyə ekspert bildirib.

Ekoloq Azərbaycan paytaxtında gözlənilən qış barəsində belə proqnoz verib:

“110 illik meteoroloji müşahidələr onu göstərir ki, Bakıda qışda ən aşağı temperatur 1969-cu ildə qeydə alınıb – 10 dərəcə şaxta. Düzdür, 2012-ci ildə Bakıda 11 dərəcə şaxta olması barədə məlumatlar var, lakin rəsmi versiyaya görə, rekord göstərci 1969-cu ilə aiddir. Bu il isə 8-9 dərəcə şaxta gözlənilir. 2020-ci ildə Bakıda soyuq temperatur üzrə yeni rekord qeydə alınacaq”, – deyə ekoloq vurğulayıb.

Qeyd edək ki, ötən qış Rusiyadan gələn Harmut Arktika siklonu Avropada yeni temperatur rekordlarının qeydə alınmasına səbəb olmuşdu.

Rekord şaxtalar gözlənilir
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər